Ankarada hərbi təyyarə və kosmik vasitələr istehsal edən zavod partladılıb: Ölən və yaralananlar var - VİDEO (Yenilənib)

img

23-10-2024 [18:41]


Bu gün az əvvəl Türkiyənin paytaxtı Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan  "Türk Hava və Kosmos Sənayesi A.Ş." şirkətinin zavodunda terror hadisəsi törədilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

O, Kahramankazan bölgəsində baş verən terror aktında ölən və yaralananların olduğunu bəyan edb: "Təəssüf ki, hücumda şəhidlərimiz və yaralananlarımız var. İctimaiyyətə geniş məlumat veriləcək".

***

Türkiyə mətbuatı terroru "canlı bombalar"ın həyata keçirdiyini bildirir.

Qeyd edilib ki, terror aktı nəticəsində 3 nəfər şəhid olub, 14 yaralı var.

Terroru  törədən iki nəfər isə hadisə yerində məhv edilib.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR