Biləsuvarda ov qaydalarını pozan əcnəbilər saxlanılıb

Biləsuvarda ov qaydalarını pozan əcnəbilər saxlanılıb

KRİMİNAL

09.10.2024, 11:27

Biləsuvar rayonunun inzibati ərazisində ov qaydalarını pozan əcnəbi vətəndaşlar saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Zaeif Musabah Humood Alketbi, Khamis Saif Saeed Bin Humood, Jauaan Mubarak Fadel Almazrouei və Mohammed Abdulla Mohammed Almehrzi olduğu müəyyən edilib, onlardan 4 ədəd ov silahı aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR