AHİK-in sanatoriyaları: imkanlar genişlənir, böyük pullar xərclnir, anacq... - RƏYLƏR
09-10-2024 [10:28]
Azərbaycanda bir sıra sanatoriyalar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) məxsus “Kurort” Qapalı Səhmdar Cəmiyyətinə qoşulub. Bununla bağlı müvafiq qərar qəbul olunub.
“Abşeron” mədə-bağırsaq, “Bilgəh” kardioloji, “Qaranquş” uroloji, “Günəşli” nevroloji, “Şıx”, “Naftalan”, “Pirşağı”, “Xəzər”, “Şəki İstirahət Mərkəzi”, “Hacıkənd” İstirahət Evi, “Avtonəqliyyat” müəssisəsi, “Azərbkurorttikintitəmir” Birliyi, “Azərkurortlayihə”, Azərbminsugeokaptaj" respublika ekspedisiyası, “Kurort” Səhmdar Cəmiyyətinin Təchizat Birliyi və “Miras” Məhdud Məsuliyyətli Cəmiyyəti “Kurort” Qapalı Səhmdar Cəmiyyətinin balansına verilib.
“Kurort” Səhmdar Cəmiyyəti 1992-ci ildə yaradılıb. Bu vaxtadək cəmiyyətin tabeliyində “Bilgəh” kardioloji, "Abşeron" mədə-bağırsaq, “Qaranquş” böyrək, “Günəşli” əsəb sistemi, “Şıx” oynaq xəstəliklərini müalicə edən sanatoriyalar və müxtəlif xəstəlikləri müalicə edən “Naftalan” sanatoriya-kurortları vardı.
“Kurort” QSC-nin prezidenti AHİK-nın sədr müavini Əbil Ağasiyevdir. Əbil Ağasiyev 1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra “Naftalan” Kurort Birliyində həkim və şöbə müdiri vəzifələrində işləyib. 1986-cı il tarixdən “Qaranquş” sanatoriyasında şöbə müdiri, 1987-ci ildən isə baş həkim vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayında “Kurort” Səhmdar Cəmiyyətinin prezidenti seçilib.
2018-ci ildən AHİK sədrinin müavini vəzifəsində işləyir. Kurortların bir əldə mərkəzləşməsi nəyi dəyişəcək? Bəs dəyişikliklər qiymətlərə də təsir edəcəkmi?
Qeyd edək ki, Azərbaycanda sanatoriya-kurort şəbəkəsinin inkişafı 1930-cu ildən başlayır. Sovetin vaxtında respublikada 20-yə yaxın sanatoriya və kurort fəaliyyət göstərib. Həmin şəfa ocaqlarının bəziləri ("Naftalan", "İstisu", "Şuşa", "Bilgəh") öz əhəmiyyətinə görə bütün keçmiş SSRİ məkanında məşhur müalicə-istirahət obyektləri sırasında olub. Azərbaycandakı sanatoriya-kurort sistemi vaxtilə hər il 100 mindən çox adama xidmət göstərirdi. Son illərdə isə insanlar sanatoriyalarda xidmətin baha olması səbəbindən orada müalicə ala bilməmələrindən şikayətçidirlər. Yalnız imtiyazlı şəxslər xüsusi göndərişi təqdim etməklə kurort-sanatoriyalarda ödənişsiz dincələ bilirlər.
Sosioloq Lalə Mehralı qeyd edir ki, sanatoriyalarda müalicə kursu keçmək, dincəlmək istəyən vətəndaşlar üçün imkanlar mövcuddur: “Lakin qiymətlər hamı üçün əlçatan deyil. Misal üçün, "Qaranquş" uroloji sanatoriyasında 15 təqvim günü müddətində davam edən kurs üzrə yerləşmə, müalicə, gündə 3 dəfə qidalanma daxil olmaqla 2 nəfərlik otaqda adambaşına düşən ödəniş 1484 manatdır. 1 nəfərlik otaqlardakı müvafiq qiymət 1211 manatdır.
“Abşeron” mədə-bağırsaq sanatoriyasında isə 15 təqvim günü müddətində davam edən kurs üzrə yerləşmə, müalicə, gündə 3 dəfə qidalanma daxil olmaqla, adambaşına düşən təqribi ödənişlər də kifayət qədər yüksəkdir. Əgər 15 gün sanatoriyada qalaraq müalicə olunmaq istəsəniz 2 nəfərlik otaqda 1 nəfər üçün ödəyəcəyiniz məbləğ 1176 manat olacaq. 1 nəfərlik lüks otaqda qalmaq üçün 1399 manat tələb olunur. 2 çarpayılıq ailəvi otaq üçün 2500 manat tələb olunur. “Naftalan” sanatoriyası 1 nəfərlik standart otaqda qalmaq və müalicənin 1 həftəlik paketi 1 nəfər üçün 294 manatdır. Otaqda tam şərait, gündə 3 dəfə qidalanma, müalicəyə başlamadan öncə check up və ilkin tibb paketi, o cümlədən Naftalan nefti ilə müalicə və fizioterapiya prosedurları qiymətə daxildir. 2 nəfərlik standart otağın qiyməti eyni prosedur və qidalanma üçün 1 nəfərə 252, 2 nəfərlik 2 otağın qiyməti isə 1 nəfər üçün 686 manatdır. 1 nəfərlik lüks otağın qiyməti 413 manat, 2 nəfərlik lüks otaqda 1 nəfər üçün qiymət 308 manatdır. Bu qiymətlər ən azı 1 həftə qalmaq şərti ilə qüvvədədir. “Bilgəh” sanatoriyasında isə müalicə almağa gələn yerli və xarici vətəndaşlar arasında maraqlı fərq müşahidə olunur. Sanatoriya yerli vətəndaşlara “hörmət” edərək qiymətləri bahalandırır, xarici vətəndaşlar üçün isə ucuzlaşdırır. 2 nəfərlik lüks otaqda 1 nəfər üçün ödəniş yerli vətəndaşlar üçün 1274 manat, xarici vətəndaş üçün 975 manatdır. 1 nəfərlik lüks otaqların qiyməti yerli vətəndaşlar üçün 1334, xaricilər üçün 1110 manatdır. Xarici vətəndaşlar üçün təyin olunan qiymət mövsüm üzrədir. “Şıx” sanatoriyasında 15 təqvim günü müddətində davam edən kurs üzrə yerləşmə, müalicə, gündə 3 dəfə qidalanma daxil olmaqla 2 nəfərlik otaqda bir nəfər üçün tələb olunan qiymət 1115 manatdır. Əgər otaq dəniz mənzərəlidirsə o zaman bu məbləğ adambaşına 1165 manat olacaq. “Günəşli” nevroloji sanatoriyasında 15 təqvim günü müddətində davam edən kurs üzrə yerləşmə, müalicə, gündə 3 dəfə qidalanma daxil olmaqla 2 yerli VİP otaqda adambaşına düşən ödəniş 1116 manat, 1 nəfərlik otaqda 1294, 2 yerli otaqlarda adambaşına 881 manatdır".
İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”la fikrini bölüşüb: “Şəxsi mülahizəmə əsasən deyə bilərəm ki, qapalı səhmdar cəmiyyətlərinin böyüməsi məqsədəuyğun deyil. Çünki təcrübə göstərir ki, qapalı səhmdar cəmiyyətləri dövlətə məxsusdur. Bunlar böyüdükcə elə bir səmərəli idarəçilik müşahidə edilmir. Çox zaman zərərlə, gəliri olmadan fəaliyyət göstərir. Daha çox büdcədən dotasiya əldə edirlər. Bazar iqtisadiyyatının inkişafını təmin etmək üçün qapalı səhmdar cəmiyyətlərinə daxil olan istirahət mərkəzləri özəlləşdirilməlidir. Bundan sonra onlar daha yaxşı fəaliyyət göstərə bilər, fayda verə, rentabelli ola bilər. Onların xidmət imkanları artırıla bilər, xidmətin keyfiyyəti yüksələ bilər. Çünki istirahət mərkəzlərinin fəaliyyəti sahəsində böyük rəqabət var. Gələcəkdə turizm imkanlarının genişləndirilməsi nöqteyi-nəzərindən əksinə, bu cür turizm müəssisələrini özəlləşdirilərək fəaliyyət göstərməsi onların inkişafını daha da genişləndirər. Həmin müəssisələrin özəlləşdirilməsi onların rentabelliyini artıracaq və büdcədən asılılığını azaldacaq. Bu da həmin müəssisələrin büdcədən vəsaitin ayrılmasının da qarşısını alacaq. Bu idarəetmədə səmərəlilik, şəffaflıq və yeniliyə səbəb ola bilər. Çünki bununla həmin sahəyə əlavə investisiya qoyulmasına şərait yaradılır. Bu baxımdan, həmin müəssisələr özəlləşdirilsəydi, faydalı yanaşma olardı”.
İqtisadçı Xalid Kərimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb. O deyib ki, əvvəllər də bu sanatoriyalar AHİK-in tabeliyində idi, indi də onu AHİK-in strukturunda olan səhmdar cəmiyyətin tabeliyinə veriblər: “Yəni idarəetmə strukturunda dəyişiklik ediblər. Strukturun dəyişməsi avtomatik hər məsələdə dəyişiklik edilməsi demək deyil. Struktur dəyişəndən sonra həyata keçiriləcək tədbirlərdən, nə planları var, onların reallaşmasından hər şey asılıdır. Ola bilər bu dəyişiklik ixtisarlara gətirib çıxarsın. Yeni rəhbərlik qəbul olunmuş qərarlarda sinxronluğu təmin etməyə, qərarların vaxtında icrasına çalışmalıdır. Bütün bu dəyişikliklər birbaşa nəticələrin necə ortaya qoyulmasından asılı olacaq. Təkcə struktur dəyişikliyi ilə məsələ həllini tapmır. Yoxsa ölkəmizdə heç bir problem olmazdı. Baxırsan, nazirlikləri birləşdirirlər, ayırırlar, agentliklər yaradırlar, amma problemlər yenə qalır. Baxır struktur dəyişikliyi həyata keçirən şəxsin ideyalarına və bundan sonra həyata keçirəcək tədbirlərə. Amma ümumi şəkildə strukturların sadələşdirilməsi, qərar qəbulu zamanı koordinasiyalı qərarların qəbulu idarəetmədə effektivliyi artıra bilər”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib
BAEA rəbəri Moskvaya getdi, həmkarı ilə görüşdü - "İranın nüvə silahı hazırladığına dair heç bir dəlil görmədik"
Əli Əsədov Milli Məclisdə hesabat verdi (YENİLƏNİB)
ABŞ lideri İranı hədələdi: "Gələn həftə daha sərt vuracağıq"
BMT-nin Baş katibi Beyrutda: "Livan xalqı müharibəyə sürüklənir"
ABŞ təyyarəsi İraqda qəzaya uğrayıb - 4 nəfər ölüb
Süni intellektlə qadınları şantajda şübhəli bilinən şəxs həbs olunub
TFF "Qalatasaray"ın futbolçusunu cəzalandırdı - 2 oyunluq
"İRANIN TƏSLİM OLMASINI ELAN EDƏCƏK LİDER QALMAYIB" - Tramp G7 ölklərinin liderlərinə belə deyib
Siyəzəndə 17 yaşlı qız dəm qazından boğulub
Adnan Əhmədzadə ilə bağlı daha bir qərar verildi
Özbəkistan prezidenti Bakıya səfərə hazırlaşır
Xəzər TV-nin rəhbərinin səhhətində problem yaranıb
İrandan atılan daha bir raket Türkiyə səmasında vurulub - Açıqlama
Tehranda minlərlə insan "Qüds günü" ilə bağlı küçələrə axışdı - İsrail bölgəni vurdu, iranlılar geri çəkilmədi (FOTOLAR)
Gəncədə antik əşyalar oğurlayan şəxslər saxlanılıblar
"ABŞ İranın Hörmüz boğazını bağlamaq qərarındakı qətiyyətini belə gözləmirdi" - "Tehran bu qərarı ilə Amerika və bölgə ölkələrini çaşdırıb"
Türkiyə gəmilərindən biri Hörmüz boğazından buraxıldı: "İrandan icazə aldıq və..." - "Zəngəzur dəhlizi bizi Uzaq Şərqə qədər çıxaracaq"
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir - FOTOLAR
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
Sabah hava necə olacaq? - Proqnoz
May ayında neçə gün rəsmi iş olmayacaq? - Dəyişiklik
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
Əli Əsədov MM-də quru sərhədlərindən danışdı: "Son hadisələr bu qərarın nə qədər əsaslı olduğunu göstərir"
Xətaidə qaydanı pozan “Ferrari” duracağa yerləşdiridi - VİDEO
64 əcnəbiyə Azərbaycan vətəndaşlığı verilib