Livan itkisini açıqladı: iki əsgər həlak olub, biri yaralanıb

img

04-10-2024 [00:26]


İsrail ordusunun Livanın cənubunda həyata keçirdiyi hücumlarda Livan əsgəri həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan Silahlı Qüvvələri rəsmi açıqlama yayıb.

Açıqlamada deyilir ki, hücumda Livan Qızıl Xaç Cəmiyyəti ilə Taybe qəsəbəsində çalışan bir əsgər həlak olub, digəri isə yaralanıb: "Bununla yanaşı,  Bint Cibeyl bölgəsində Livan ordusu mərkəzini hədəf alınması nəticəsində daha bir əsgərimiz həyatını itirib".

Rəsm məlumata görə, Bint Cibeyldə açılan atəşə Livan əsgərlərinin adekvat cavab verdiyi qeyd edilib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR