Ermənistan XİN rəhbəri: "Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük"

Ermənistan XİN rəhbəri: "Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük"

DÜNYA

02.10.2024, 14:43

İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla bağlı bütün riskləri öyrənir.

Bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.

“Hər birimiz daha ehtiyatlı olmalıyıq. Dayanıqlılıq prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı, idarə olunmalıdır”, - o bildirib.

A.Mirzoyanın sözlərinə görə, Ermənistan KTMT üzvlüyünü dondurub və əvvəlki münasibətlərə qayıtmaq niyyətində deyil: “Biz özümüzü işləməyən hərbi ittifaqda görmürük”./Report

 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR