İsrail Müdafiə Nazirliyi müharibənin yeni mərhələsini elan edib

img

18-09-2024 [21:16]


İsrail hərbi əməliyyatların “ağırlıq mərkəzini” şimala, Livanla sərhədə keçirir və müharibənin yeni mərhələsi başlayır.

Bu barədə İsrailin müdafiə naziri Yoav Qalant bildirib.

Y.Qalant ölkənin şimal hissəsindəki Ramat David aviabazasında hərbçilərlə görüşdə deyib ki, İsrail müharibənin yeni mərhələsinin başlanğıcındadır.

Müdafiə naziri vurğulayıb ki, şimal istiqamətində hərbi əməliyyatların məqsədi aydındır: ərazidəki yaşayış məntəqələrinin sakinlərinin təhlükəsiz şəkildə öz evlərinə qayıtması./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA