Nadir şah Əfşar - Napoleonun sevimlisi, Stalinin müəllimi... - TƏHLİL
SİYASƏT
14.09.2024, 18:45
Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı.
Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və anası qul kimi bazarda satıldı. Ana az sonra əsirlikdə öldü, o oğlan isə sahibinin yanından qaça bildi. Bir müddət quldurluq etdi. 1708-ci ildə o, Xorasana qayıtdı.
O, 28 il sonra-1736-cl ildə III Şah Abbasın (Səfəvi xanədanı) yerinə taxta çıxdı. 1747-ci ilə qədər şahənşah oldu. Qohumu olan cangüdənlər tərəfindən öldürüldü. Qətli Əfşar və Qacar tayfasından olan zabitlər törətdi. O, Əfşarlar dövlətinin I şahı və Asiyanın sonuncu böyük fatehi Nadir şah Əfşar idi.
"Şərqin Napoleonu" və "İkinci Makedoniyalı İsgəndər" ləqəbləri də onun adına yazıldı. Qərb mənbələri yazır ki, Napoleon Bonapart Nadir şahın hərbi dühasına heyran idi. O, Nadiri tərifləyir və özünü "İkinci Nadir" kimi qələmə verirdi. Təsadüfi deyil ki, Napoleon Bonapart özünü Avropanın Nadir şahı adlandırırdı. İosif Stalin Nadir şahı və İvan Qroznını özünün müəllimi hesab edirdi.
Nadir şahın London Viktoriya və Albert Muzeyində saxlanılan Məhəmməd Rza Hendi tərəfindən 1740-cı ildə çəkilmiş portretində önəmli bir məqam var. Həmin portretdə şahın başındakı papaq “kolah-e Naderi” kimi tanınır. Bu, hökmdar papağıdır. Özəlliyi ondadır ki, papağın 4 zirvəni andıran və aşkar görünən çıxıntısı aydın görünür. Bu zirvəli çıxıntılar ilk dörd Rəşidi xəlifələrə şahın sayqısını rəmz olaraq ortaya qoyur. Bəzi mənbələr iddia edir ki, Nadir şah həyatının əvvəlində şiə, sonunda isə sünni olub. Qərb tarixçiləri yazır ki, Nadir şah qaldırdığı bayraqda şüurlu şəkildə yaşıl rəngdən istifadə etməkdən qaçırdı, çünki yaşıl şiə İslamı və Səfəvilər sülaləsi ilə assosiasiya yaradırdı...
Təəssüf ki, osmanlı dövləti Nadir şahın dini islahatına lazımı dəyər vermədi. Onun bu təklifi o vaxt həyata keçsəydi hal-hazırda da islam dünyasında aşkar şəkildə müşahidə olunan sünni-şiə ayrımçılığı birdəfəlik aradan qalxa bilərdi. Bəlkə də bu ideyaya yenidən qayıtmaqda fayda var...
Bir önəmli məqamı da vurğulayım. Nadir şah türk kimliyinə son dərəcə bağlı idi. İndiki təbirlə desək, o, demək olar ki, ancaq azəri tükcəsində danışırdı və bütün hökmləri də məhz bu dildə verirdi.
Nadir şahın görmək istədiyi ən böyük işlərdən biri islamda islahatlarla bağlı idi. Sirr deyil ki, hazırkı İran coğrafiyası bir vaxtlar sünni bölgə kimi tanınırdı. Məhz Şah İsmayılın qətiyyəti ilə həmin ərazidə şiəlik geniş yayıldı. Ərazidəki bir çox sünnilər şiə olmağa məcbur edildi.
Nadir şah hesab edirdi ki, sünni olan Osmanlı İmperiyası ilə Əfşar dövləti arasındakı qarşıdurmanın əsas səbəblərindən biri də bu amilə söykənir.
Nadirin ordusu sünni və şiə müsəlmanların qarışığından yaranmışdı. Onun məqsədi İran coğrafiyasında sünnilər tərəfindən daha məqbul sayıla biləcək bir dini düşüncə formalaşdırmaq idi.
Nadir şiəliyin Cəfəri qoluna üstünlük verirdi. O, sünnilər tərəfindən təhqir kimi qarşılanan bəzi şiə yozumlarını qadağan etdi. Xüsusən Rəşidi xilafətinin 3 xəlifəsi Əbu Bəkr, Ömər ibn Xəttab və Osman ibn Əffanın söyülməsini yasaqladı.
Nadir şah ümid edirdi ki, cəfərilik sünni İslamın beşinci məzhəbi kimi qəbul ediləcək. O, həmçinin ümid edirdi ki, Məkkə və Mədinəyə də hökm edən Osmanlı soltanları onun təbəələrinə də həcc ziyarətinə getməyə icazə verəcək.
Bu məqsədə varmaq üçün Nadir şah İraq, İran, Əfqanıstan və Orta Asiyadan olan üləmaları imam Əlinin Nəcəf şəhərində olan türbəsində bir araya yığdı. Cəfəri məzhəbi məsələsi ilə bağlı bir neçə gün davam edən qızğın müzakirələrdən sonra iştirakçılar Cəfəri məzhəbini sünni İslamın qanuni hüquqi məktəbi kimi tanıyan sənədi imzaladılar. Osmanlı sultanı isə bu nəticədən məmnun qalmadı. Belə ki, osmanlılar cəfəriliyi beşinci məzhəb kimi (Hənəfilər, Malikilər, Şafiilər, Hənbəlilər) qəbul etmədilər. Buna baxmayaraq Osmanlı sultanları şiə zəvvarlarına həccə getməsinə icazə verdilər.
Onu da deyim ki, Misirdə yerləşən İslam dünyasının ən qədim və nüfuzlu Universitetlərindən biri olan Əl-Əzhər 1959-cü ildə Cəfəriliyi sünni islamın beşinci məzhəbi kimi (Hənəfilər, Malikilər, Şafiilər,Hənbəlilər) tanıyıb. Ancaq bu tanıma ciddi qarşılanmadı...
Yeri gəlmişkən, bu universitetin əsası (970-972) şiə Fatimələr tərəfindən qoyulub. Ola bilər ki, bu qərarın verilməsində bu amil də müəyyən rol oynayıb. Şühbəsiz ki, bu, pozitiv qərardır. Təəssüf doğuran odur ki, bu qərar İslam dünyası tərəfindən hələ də rəsmən tanınmır. Ümid edirəm ki, nə vaxtsa Nadir şahın arzusu həyata keçəcək və müsəlman dünyasını parçalayan sünni-şiə ayrımçılığı aradan qalxacaq...
Elbəyi Həsənli, Sürix
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Qalatasaray” – “Fənərbağça” derbisi: bir qırmızı kart, 3 qol…
Bugün, 00:05 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Xəzər dənizində zəlzələ oldu
26.04.2026, 22:41 GÜNDƏM
-
Leyla Əliyeva İsmayıllıda - VİDEO
26.04.2026, 21:57 GÜNDƏM
-
“Mayın 4-də efirə qayıdırıq, ARB TV-də yayımlanacaq” dedi, telekanal təkzib etdi - Aparıcı paylaşımı sildi
26.04.2026, 19:48 ŞOU-BİZNES
-
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
26.04.2026, 18:27 GÜNDƏM
-
"Azəriqaz"ın işçisi dövlət başçısına niyə şikayət etdi? - MƏTN
26.04.2026, 18:19 CƏMİYYƏT
-
“Yelo Bank”a sanksiya qoyuldu - Xanım deputatın əri ilə rusiyalı milyarderi nə bağlayır?
26.04.2026, 18:05 İQTİSADİYYAT
-
Hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
26.04.2026, 15:10 GÜNDƏM
-
BURAXILIŞ İMTAHANI OLDU - Bir nəfər zaldan xaric edildi
26.04.2026, 14:47 GÜNDƏM
-
Xocalıda mina partlayıb - Bir nəfər yaralanıb
26.04.2026, 14:45 GÜNDƏM
-
45 il fərq, bənzər ssenari, eyni məkan... - O, kimdir? + FOTOLAR
26.04.2026, 12:49 GÜNDƏM
-
Prezident İlham Əliyev: "Belə zorakılıq halları qəbuledilməzdir"
26.04.2026, 10:33 GÜNDƏM
-
Dövlət qurumları nasaz avtomobilləri sığortalayır - Palatadan xəbərdarlıq
26.04.2026, 09:18 İQTİSADİYYAT
-
Pakistan elektro-optik peykini uğurla orbitə buraxıb
25.04.2026, 20:19 DÜNYA
-
Gürcüstan DTX-nin keçmiş əməkdaşı məxfi məlumatların sızdırılması ittihamı ilə saxlanılıb
25.04.2026, 19:18 DÜNYA
-
Ötən gün 18 kiloqramdan çox narkotik aşkarlanıb
25.04.2026, 17:51 GÜNDƏM
-
ZELENSKİ AZƏRBAYCANDA - İlham Əliyevlə görüşdə mühüm mesajlar verildi + FOTOLAR (YENİLƏNİB)
25.04.2026, 15:42 GÜNDƏM
-
Gələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
25.04.2026, 15:40 CƏMİYYƏT
-
Rumıniya XİN Qalatsa PUA düşməsi ilə əlaqədar Rusiya səfirini çağırıb
25.04.2026, 15:38 DÜNYA
-
Azərbaycan və Qazaxıstan Trans-Xəzər marşrutu üzrə memorandum və sazişlər imzalayıb
25.04.2026, 14:05 CƏMİYYƏT
-
Volodimir Zelenski: Rusiya razı olsa danışıqları Azərbaycanda keçirə bilərik
25.04.2026, 13:44 SİYASƏT
-
Prezident İlham Əliyev: Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var
25.04.2026, 13:42 SİYASƏT
-
Şəkidə yük avtomobili yanıb
25.04.2026, 13:08 CƏMİYYƏT
-
İlham Əliyevin Volodimir Zelenski ilə təkbətək görüşü olub
25.04.2026, 12:46 GÜNDƏM
-
Bazar günü Azərbaycanda 24 dərəcəyədək isti olacaq
25.04.2026, 12:44 CƏMİYYƏT
-
Azərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
25.04.2026, 12:12 CƏMİYYƏT
-
İranda İsrail kəşfiyyatı ilə əlaqədə ittiham olunan şəxs edam edilib
25.04.2026, 11:52 DÜNYA
-
İsrail ordusu Livanın cənubunda "Hizbullah" mövqelərinə zərbələr endirib
25.04.2026, 11:26 DÜNYA
-
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
25.04.2026, 11:12 İQTİSADİYYAT
-
Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib
25.04.2026, 10:29 CƏMİYYƏT
-
“Ulduz”lu görüşlər”in növbəti qonağı Günel Anarqızı olub
25.04.2026, 00:42 MƏDƏNİYYƏT
-
CNN: Tramp Uitkoff və Kuşneri İranla danışıqlar üçün Pakistana göndərir
24.04.2026, 20:28 SİYASƏT
-
Azərbaycan və Lüksemburq xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
24.04.2026, 20:26 SİYASƏT