İmamoğludan sürpriz qərar - Kılıçdaroğlu ilə evində görüşüb

img

22-08-2024 [00:05]


İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ötən gün sürpriz qərarla CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunu evində ziyarət edib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə ölkədəki vəziyyət və CHP-dəki "yumşalma siyasəti" müzakirə edilib.

Türkiyə mətbuatı yazır ki, görüşdə Kılıçdaroğlu partiyanın hazırkı sədri Özgür Özelin “normallaşma prosesi” və ya iqtidara qarşı yumşalma siyasətini  tənqid edib.

İddia olunur ki, İmamoğlu ilə Kılıçdaroğlu arasında bu məsələ xeyli müzakirə olunub: "Bu məsələ ilə bağlı ikili arasında fikir birliyi olmayıb...".

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA