Türkiyədə daha bir kriminal dəstə çökəldildi - 15 nəfər qandallandı

img

15-08-2024 [09:56]


Türkiyədə daha bir kriminal dəstəyə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

Onun sözlərinə görə, əsasən Adana bölgəsində "məskinlaşan" Ahmet Kurtun liderlik elədiyi kriminal dəstə və onun "qolları"na qarşı 4 şəhərdə eyni anda əməliyyat keçirilib: "Əməliyyatla dəstənin 15 üzvü qandallanıb. Onlar yağma, mal-dövlətə zərər vurma, qəsdən yaralama, silahla hədələmə, qondarma məhkəmə qurararq əmlakları ələkeçirmə ("tavan"), şantaj, "xərackəsmə" və sair kimi cinayətlərdə ittiham olunurlar..."

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 13.10.2024

Sabah yağış yağacaq