84 yaşlı Ziyad Səmədzadə yenidən deputat olmaq istəyir: "O, namizədliyini irəli sürüb"

img

06-08-2024 [12:16]


VI çağırış Milli Məclisin bitərəf deputatı Ziyad Səmədzadə sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürüb.

Mia.az xəbər verir ki, bu barədə Modern.az-a deputatın köməkçisi açıqlama verib.

O bildirib ki, Ziyad Səmədzadə entyabrın 1-də keçiriləcək seçkilərdə namizədliyini irəli sürüb: "O, seçki dairəsini dəyişməyib".

Qeyd edək ki, Ziyad Səmədzadə 2020-ci il parlament seçkilərində 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputat seçilib. O, üçüncü, dördüncü, beşinci çağırışda da Milli Məclisin deputatı olub.

84 yaşlı siyasətçi VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvü, Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Qırğızıstan, Özbəkistan, Portuqaliya, Rusiya, Sloveniya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 13.10.2024

Sabah yağış yağacaq