İraqda ABŞ hərbi bazasına hücum olub - Yaralılar var

img

06-08-2024 [09:44]


ABŞ-ın İraqdakı Əl Əsəd hərbi hava bazasına raket hücumu olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hücum nəticəsində amerikalı əsgərlər yaralanıb.

Amerika mətbuatı yazır ki, hərbçilər arasında həlak olan yoxdur.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

Xəbərdə o da deyilir ki, İran və İsrail arasında artan gərginlikdən sonra bu hücumu İranın dəstəklədiyi İraqdakı silahlı qruplar həyata keçirib.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA