Ərdoğanın açıqlamasından sui-istifadə cəhdləri... - Zahid Oruc yazır
05-08-2024 [10:39]
Zahid Oruc,
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri
***
44 günlük müharibə günlərində qlobal erməniçiliyin və Ermənistanın himayədarlarının ölkəmizə qarşı apardığı genişmiqyaslı hibrid savaşın birinci tezisi Azərbaycan ordusunun qazandığı uğurları Yaxın Şərqin muzdlu hərbi birləşmələrinə bağlamaq idi.
Böhtanları yüksək tribunalardan səsləndirən dövlətlər, siyasətçilər indi Rusiya-Ukrayna savaşında döyüşən on minlərlə beynəlmiləl silahlı qüvvələri “görmürlər”. Ötən 4 ildə aparıcı dövlətlərin kəşfiyyat dosyelərində, Bellingcat və digər platformalarda, məxfi xidmət orqanlarının tribunasına çevrilən Lindsey Snell və onlarla digər jurnalistin bizi hədəf seçən gündəlik dezinformasiylarında sözügedən iddialar təsdiqini tapmadı.
İkinci istiqamət, Türkiyə ordusunun generaliteti və instruktorları ilə bağlı tüğyan edən, hətta bir-biri ilə hazırda düşmən Amerika-Rusiya və Qərb mediasında Qarabağın döyüş meydanlarında Azərbaycan ordusu ilə yanaşı, türk hərbi qüvvələrinin iştirakına dair gündəlik rejimdə aparılan çirkli kampaniya idi.
Xatırlayırsınızsa, pandemiyanın pik vaxtında hətta Mərkəzi Kəşfiyyat İdarəsinin belə ölkəmizin ermənilərin təxribatına cavab olaraq, genişmiqyaslı hərbi əməliyyatlara başlayacağına inanmadığına dair şübhə doğurmayan mövqeləri yayıldı, Ağ Evə belə dosyelərin verilmədiyi haqda mötəbər məlumatlar dərc olundu. “Qafqazda fırtına” adlı əsərdə nüfuzlu beynəlxalq ekspertlər vurğulayırdılar ki, Azərbaycan nəinki hərbi və iqtisadi cəhətdən düşməndən bir neçə qat güclüdür, o cümlədən, savaşa atılmaq üçün seçdiyi xaxt və dünyada mövcud geosiyasi konyunkturanı düzgün nəzərə alması Qələbənin başlıca səbəblərindən olub.
Silsilə iftiralardan biri də döyüş meydanlarında ermənilərin ardıcıl məğlubiyyətini, çətin coğrafi şəraitdə milli ordumuzun qəhrəmanlıqlarını inkar edib, müharibəni qlobal razılaşmaların, yaxud Türkiyə, Rusiya və Azərbaycan arasında strateji sövdələşmənin nəticəsi kimi qələmə vermək idi.
Göründüyü kimi, dövlətimizin uzun illər Ermənistanı iqtisadi, mədəni, siyasi, diplomatik, informativ və güclü ordu quraraq, sonda düşməni hərbi məğlubiyyətə uğratdığını inkar edən qlobal şəbəkənin əsas məqsədi Qələbəmizi əlimizdən almaq, onu 2-ci və ya 3-cü dövlətlərin xidmətinə yazıb özgəninkiləşdirmək və nəticədə, xalqımızın tarixi Zəfərini mənimsəmək istəyirdilər. Ermənilərin 30 il əzrində apardığı dünyəvi kampaniya və mif quruculuğu-Qafqazın güclü ordusu və dünya millləti nəzəriyyəsini ayaqda saxlamaq, onu puç olmağa qoymamaq üçün ən müxtəlif dövlətlərin qeyr-rəsmi səfərbərliyi ortadadır.
28 uyulda Rəcəb Tayyib Ərdoğanın AKP-nin Rizə toplantısında səsləndirdiyi “Qarabağa və Liviyaya girdiyimiz kimi, bunun bənzərini onlara da edə bilərik”, bəyanatının əsas hədəfi fələstin xalqı ilə həmrəylik və antiİsrail mövqeyi olsa da uzun illər, “Qələbəni Azərbaycan qazanmayıb”, deyən və “1 milyonluq türk ordusu qarşısında biz nə edə bilərdik”, təbliğatçıları dirildilər, iki qardaş ölkənin münasibətlərinə çoxdan zərbə vurmaq istəyənlər, bölgədə geosiyasi inqilabi qəbul etməyib sülh danışıqlarında moderator adı ilə sərhəddə müşahidə missiyasi libasında kəşfiyyat qrupu yerləşdirən NATO dövlətləri inhisarlarında olan media quruluşları ilə son 3 gündə fəal şəkildə Türkiyə rəhbərinin açıqlamasını müharibənin nəticələrinin təftişi istiqamətində istismar edirlər.
Sual etdiyiniz “Azərbaycan qəzeti”nin təhlil yazısının əsas məqsədi 4 il əvvəl apardığımız müharibədə iki dövlətin hərbi-siyasi rolunu nəinki aydınlaşdırmaq, yaxud Zəfərimizi qardaşlarımızdan qorumaq, iki liderin birincisinə-öz milli lderimiz İlham Əliyevə üstünlük qazandıraraq digərinə aşağı yer vermək və beləliklə, düşmənlərə arqument qazandırmaq deyil, tam əksinə, bütün tezisləri parlaq, 21-ci əsrdə hələ ki, tək olan Qələbəmizi haqlı olaraq, Ulu öndərin adı ilə bağlı olan kursa, Ali Baş Komandanın liderliyi ilə millətimizin hər bir sıra nəfərini və ordumuzu müqəddəs müharibəyə 17 ildə hazırlamağa, 3 əsrlik məğlubiyyət silsiləsini durdurmağa, qaçqınlıq və köçkünlük sindromuna son qoymağa, eləcə də bizə o dövrdə mənəvi-siyasi dəstək verən dövlətlərə, Türkiyə və Azərbaycan arasında son bir əsrdə tale və can birliyinə son dərəcə qədirbilən, təvazökar şəkildə və haqqımızı başa vurmadan, obyektiv, balanslı nəzərə salmaqdan ibarət olub. Ona görə də ermənilər belə təhlilləri “ura” ilə qarşılayıb, birliyə zərbə vurduqlarından sevinməsinlər.
Zəfərimizi hifz etmək, keşiyində durmaqda iqtidar və müxalifət ayrıseçkiliyi olmamalıdır. “Nə qədər müasir silahlara sahib olsaq da, bayrağı sancan, torpağı azad edən əsgərdir”, deyən İlham Əliyevin hətta özünün qlobal liderliyini, bütün beynəlmiləl savaşlara yol vermədən, son 4 ildə regional və beynəlxalq təhlükələri düzgün dəyərləndirib bölgəmizdə hərbi toqquşmalara yol vermədən, Qarabağ üzərində tam və qəti qələbə qazanması müstəsna olaraq, Azərbaycan dövlət başçısının, millətimizin və ordumuzun xidmətidir. Əgər bizim iradəmizdən kənarda belə polemikalara cəlb olunmuşuqsa, bütün ölkəmizi bürüyən türk və pakistanlı bayraqlarını kimsə döyüş meydanlarında canını verən azərbaycanlı şəhidlərdən uca yerdə göstərməsin. Məgər gerçəkləri söyləyəndə, haqlı mövqeyimizi Ankarada, Bişkekdə, Astanada, yaxud bütün islam paytaxtlarında kimsə kədərlə qarşılayıb deməlidilər ki, nədən həqiqəti öz adı ilı çağırırsınız? Qardaşlıq qan, din və mədəni bağlardan çox, ilk növbədə, haqqın, ədalətin üzərində inşa olunan birlikdir. Bizim qələbəmiz azadlıq tərəfdarı olan bütün xalqların və dövlələrindir, lakin canını və qanını verənlərin mərtəbəsi və haqqı mənəvi səngərdə olanlardan Ucadır.
50-dən artıq dövlətin 300 milyard dollardan artıq hərbi, maliyyə, humanitar yardımı ilə Rusiya qarşısında hələ də ağır torpaq və fiziki itkilər verən qəhrəman Ukrayna xalqının acı taleyi sübut edir ki, lider amili və milli ordunun savaşını heç bir dünya hökmdarı, jandarm dövləti, müttəfiq qüvvəsi, legioner birləşməsi və hərbi ittifaqı əvəz etmir.
Türkiyə dövlət başçısının açıqlamasından tutarqa kimi, “görürsünüz azərbaycanlılar bizə döyüş meydanında qalib gəlməyiblər”, deyə nəticə çıxaran militarist ermənilər növbəti faciəyə can atırlar. 90-cı illərdə Azərbaycana əl uzatmağa risq etməyən Süleyman Dəmirəl və digər türk liderlər 2020-ci ildə sağ olsaydılar, tərəddüdsüz ölkəmizin müharibədə müdafəsinə qalxardılar. Çünki 24 milyard dollardan artıq investisiyanı qardaş ölkəyə yatıran, strateji layihələrlə Türkiyəni gücləndirən və onlarla regional-beynəlxalq gərginlik zamanı Ankaranın əsil siyasi qoruyucusu olan Azərbaycan dövləti qazandığı hərbi Qələbələrlə bütün türk dünyasının beynəlxalq gücünü və siyasi çəkisini artırıb. Kim belə uğura şərik olmaqdan imtina edər? Biz Zəfərimizin həqiqi müəllifini söyləyəndə Ərdoğanın, Tokayevin, Caparovun, yaxud Orbanın nüfuzunu azaltmırıq, əksinə artırırıq. Lakin 30 il əvvəlki işğala heç kəs sahib olmaq istəməz. Son 20 ildə bir ölkənin prezidenti millətini toparlayıb ordusu ilə qalibiyyətə gətiribsə, Qələbənin birinci, müstəsna və şəriksiz müəllifi odur. Müharibə 17 il üstəgəl 44 gündə baş verib. Ona görə bütün tribunalardan deməliyik- Konrad Adenauerin kiçik nailiyyətlərlə əsasını qoyduğu və soyuq savaşı qazanıb birləşən Almaniyadan fərqli olaraq, Azərbaycan hərbi meydanlarda qan tökərək bütövləşib.
Biz müasir silahları, təyyarələri peşəkarlqıla idarə edən, Şuşanı və Xankəndi zirvəsini döyüş əməliyyatları ilə qazanan oğullarımızın yanında Türk Dövlətləri Birliyinin əsgərlərinin, Qərb qoşunlarının, yaxud Kollektiv Müqaviləçilərin olmasına yol verməyərək, 3-cü dünya savaşından yayına bilmişiksə, bunu yalnız alqışlamaq gərəkdir. Ona görə prezident “qlobal layları tərpətmişik”, deyir.
İndi azad torpaqlara Marşal planı elan edib milyardlarla yardım göstərən türk-islam birliyini gerçəkdən yanımızda görmək istərdik. Bəli, məhz dinc quruculuqda. Erməni zəlzələsinə 30 ildir məruz qalan ərazilərə bizim kimi təkcə bir ölkə 100 milyon dollarlıq yardım göstərsəydi, beynəlxalq donor konfrasları keçirib bütün dünyadan kömək almaq olardı. Təəssüf ki, onlar yoxdur, bir məktəbə görə millətəmizin üstünə kimsə haqq qoymaz. 1.2 trilyon dollarlıq ÜDM-ə, 152 milyonluq əhaliyə malik bir coğrafiya Belarus dövləti qədər açıq və prinsipial şəkildə Qələbəmizin beynəlxalq legitimliyinə dəstək verməlidir.
Uzaq Afrikaya daxil olan türk ordusu qlobal savaş səbəbindən hələ də bütöv və vahid Liviyaya nail ola bilmir. Ölkənin güclü lideri olmayanda və etnik, siyasi, hərbi parçalanmadan əziyyət çəkəndə Tripolidə bir, Benqazidə başqa rəhbər hökmranlıq edəcək.
Qardaş ölkənin müharibədən sonra Ağdamda Monitorinq Mərkəzində olmasını yüksək qiymətləndirməklə bərabər, Cənubi Qafqazda yaratdığımız yeni qüvvələr nisbəti ilə yanaşı, bir daha tarixə qayıdaraq, deyək ki, Çanaqqala savaşında və Bakının azadlığı uğrunda şəhid olanların şərəfli qəhrəmanlıq salnaməsi 44 günlük savaşda məhz Azərbaycan ordusu tərəfindən Qarabağda təkrarlanıb. Ona görə də ümidvarıq ki, türk dünyasında Qələbəməzin öz adı ilə tarixə düzgün yazılmasında, dərsliklərə və ədəbiyyata daxil edilməsində hamı obyektivlik göstərəcək.
MİA.AZ
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR