"İrşad Elektronics" bələdiyyə sədrini məhkəməyə verib

"İrşad Elektronics" bələdiyyə sədrini məhkəməyə verib

İQTİSADİYYAT

22.07.2024, 11:31

Azərbaycanda elektronika və məişət texnikası satışını həyata keçirən "İrşad Elektronics" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə üz tutub.

“BusinessTime” xəbər verir ki, Şirkət bu dəfə Quba sakini Əmiraslanov Rəşad Ayaz oğlundan şikayətçi olub. 

R.Əmiraslanov barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr”lə bağlı iddia qaldırıb. 

İş Quba Rayon Məhkəməsinin hakimi Vüqar Seyidovun icraatındadır və iclas iyulun 25-nə təyin edilib.

Xatırladaq ki, “İrşad Elektronics”in məhkəməyə verdiyi Rəşad Əmiraslanov Quba rayonu Zərdabi qəsəbə bələdiyyəsinin sədridir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR