06-07-2014 [22:30]
Avropa Birliyinin "Şərq Tərəfdaşlığı" Proqramına daxil
olan altı postsovet respublikasının - Ukrayna, Moldova, Belarus, Gürcüstan,
Ermənistan və Azərbaycanın - Avroatlantik strukturlara inteqrasiyasının
qarşısını almaq üçün Rusiyanın həyata keçirdiyi siyasəti dərindən təhlil
edəndə, rəsmi Moskvanın hadi-sələrin inkişafından asılı olaraq müxtəlif
taktikalara əl atdığı görünür.
Rusiyanın
avtoritar ölkə olduğunu nəzərə alsaq, əslində Moskvanın indiyədək həyata
keçirdiyi üç fərqli taktikanı Putinin "A", "B" və "C"
planları kimi dəyərləndirmək olar.
"Şərq
Tərəfdaşlığı" Proqramı özünün məntiqli sonluğuna - Avropa qitəsinə aid
edilən altı postsovet res-publikasının Avroatlantik strukturlara
inteqrasiyasına yaxınlaşdıqca, Putinin "A" planı işə düşdü. Bu plan
postsovet respublikalarını qorxudaraq Rusiyanın nüfuz dairəsində saxlamağa
hesablanmışdı.
Ədalət naminə qeyd etmək lazımdır ki, Putinin bu günə kimi tətbiq etdiyi
planların içərisində ən effektlisi məhz "A" planı olmuşdur. Heç kim inkar edə bilməz ki, məhz bu planın
nəticəsi olaraq "Şərq Tərəf-daşlığı" Proqramına daxil olan altı
ölkədən yalnız üçü - Ukrayna, Moldova və Gürcüstan Avropa Birliyi ilə
Assosiasiya Razılaşmasını imzaladı. Yəni, Kreml, Putinin "A" planı
ilə altı respublikadan üçünü Avroatlantik strukturlara inteqrasiyadan çəkindirə
bildi. Əlbəttə, Maydan Hərəkatı olmasaydı, Putinin "A" planı-nın
təsiri daha çox olardı.
Məlum olduğu kimi, Putinin "A" planının nəticəsi olaraq Ukraynanın
keçmiş iqtidarı Assosiasiya Razılaşmasını imzalamaqdan son anda imtina etmişdi.
Yanukoviç iqtidarının bu addımına Ukrayna xalqı Maydan Hərəkatı ilə cavab
verməsə və Kiyevdə hakimiyyət dayişikliyi reallaşmasaydı, Avroatlantik
strukturlara inteqrasiya yolunda Moldova və Gürcüstan da bu qədər qətiyyətli
ola bilməzdi.
Amma Ukrayna xalqının Maydan Hərəkatı Putinə "A" planını tam
reallaşdırmaq imkanı vermədikdə, Rusiya diktatoru dərhal "B" planını
işə saldı. Putinin "B" planı Rusiyanın təsir dairəsində qalmaq
istəməyən respublikaları parçalamağa yönəlmişdi. Bu planın işə düşdüyü günlərdə
Rusiyanın Ukrayna və Moldovanı parçalayacağı qorxusu böyük idi. Bu qorxu Krımın
ilhaqından sonra daha da artmışdı. Çoxları Ukrayna və Moldovanın
parçalanacağına, Rusiyanın Krım kimi Dnestr çayının sol sahilini özünə
birləşdirəcəyinə şübhə etmirdi. Dnestr çayının sol sahilində yaşayanlara Rusiya
pasportlarının verilməsi, Ukraynanın Şərq və Cənub vilayətlərində separatizmi
qızışdırması, ən nəhayət, bu bölgələrə döyüşçü və silah göndərməsi Putinin
"B" planında nəzərdə tutulurdu.
Əgər Ukrayna xalqı, bu ölkənin yeni hakimiyyəti separtizmə qarşı sərt
mübarizəyə başlamasa və ABŞ-ın prinsipial mövqeyi olmasaydı, Rusiya Krımla
yanaşı, Ukraynanın və Moldovanın bir hissəsini də ilhaq edə bilərdi. Lakin
Ukraynanın Kremlin gözləntilərinin əksinə olaraq, Rusiya ilə qarşılaşmaq
qorxusuna qalib gələrək, separtçılara qarşı sərt mübarizəyə başlaması Putinin
"B" planının iflasa uğramasına səbəb oldu.
ABŞ-ın Rusiyanı digər ölkələrdən təcrid etmək gücünə və iradəsinə sahib olması,
Ukrayna və Moldovanın hətta müharibəyə səbəb olsa belə, geri çəkilməmək qərarı,
Rusiyada anti-müharibə əhval-ruhiyyəsinin güclənməsi Putini "B"
planından imtina etməyə və "C" planını işə salmağa vadar etdi.
Putinin yeni planı Rusiyanın təsir dairəsindən çıxmağı bacaran ölkələrdə
Moskvanın təsir dairəsində olan qüvvələrin siyasi səhnədə iştirakını qoruyub
saxlamağa yönəlib. Son bir neçə ildə Moskva Avropa Birliyinin bəzi ölkələrinə
qarşı bu siyasəti yürüdür. Moskvanın bu istiqamətdə bəzi uğurlar qazanmasını da
inkar etmək olmaz. Rusiyanın postsovet respublikalarına qarşı aqressiv
siyasətinə qarşı Avropa Birliyinin prinsipial mövqe tuta bilməməsinin əsas
səbəblərindən biri də budur və Moskvanın Avropadakı "5-ci kalon"u
artıq siyasi qərarların qəbuluna təsir etmək gücündədir. Moskva indi də Avroatlantik
strukturlara inteqrasiya kursundan döndərə bilmədiyi, parçalamağa gücü
çatmadığı Ukrayna və Moldova-da "5-ci kalon"u gücləndirməyə çalışır.
Ukraynanın Şərq və Cənub vilayətlərində sülhə nail olmaq üçün aparılan
danışıqlarda Moskvanın yeni təklifləri də buna xidmət edir.
Məlumatlara görə, Rusiya, Almaniya, Fransa və Ukrayna arasında
gedən diplomatik danışıqlarda Moskvanın israr etdiyi məsələlərdən biri də
Viktor Medvedçukun Donetsk vilayətinin, Medçukun müavini Nestor Şufriçin
Luqansk viləyətinin qubernatorları təyin edilməsidir.
Təhlilçilər hesab edirlər ki, Moskva indiki halda bu iki şəxsi
Ukraynanın iki vilayətinin rəhbərliyində saxlamaqla qarşıdan gələn parlament
seçkilərində Rusiyayönümlü qüvvələrin tam məğlubiyyətinin qarşısını almağı və
gələcək Ali Radada güclü fraksiya yaratmağı planlaşdırır. Əgər Moskva Putinin
"C" planının elementləri olan bu addımları həyata keçirə bilsə,
Ukraynanın siyasi həyatında "5-ci kalon" məsələsi uzun müddətə həll
edilmiş olacaq.
Postsovet respublikalarının Avroatlantik strukturlara
inteqrasiyasının qarşısını almağa çalışan Putin, Ukraynanı əsas diqqət
mərkəzində saxlasa da, digərlərini də unutmur. Putinin
"C" planında
Məlum olduğu
kimi, Moldovada Rusiyayönümlü solçu qüvvələr çox güclüdür və onlar payızda
revanş götürmək niyyətindədirlər. Bu qüvvələrin təmsilçiləri son zamanlar tez-tez
Moskvada olur, Kremldən təlimatlar alırlar.
Solçu qüvvələrin şansını artıran məqamlar isə Rusiya ilə iqtisadi
münasibətlərin pisləşməsi və bunun Moldovanın sosial həyatında göstərəcəyi
təsir ola bilər. Moskva Rusiyaya miqrasiya etmiş bir neçə yüz min Moldova
vətəndaşının bir hissəsini deportasiya etməyi planlaşdırır ki, bu da rəsmi
Kişniyov üçün təhlükəlidir. Bundan başqa, Moskvanın Dnestryanı respublikaya
qarşı siyasətini dəyişməsi və bununla Moldova vətəndaşlarının bir hissəsini öz
tərəfinə çəkməsi də mümkündür.
Moskvanın nəzarətində olan, bütün dünya boyunca
səpələnmiş media şəbəkəsi, piar təşkilatları da Moldovanın onsuz da kövrək olan
koalision hökumətinin beynəlxalq aləmdəki mövqeyinin zəifləməsinə və beləliklə,
məğlubiyyətinə öz tövhələrini verə bilərlər.
Putinin "A" və
"B" planlarının yaratdığı problemlərə baxmayaraq, Avroatlantik
strukturlara inteqrasiyada qətiyyətli hərəkət edən Gürcüstan, Ukrayna və
Moldovanın siyasi qüvvələri də Rusiya diktatorunun son planından xəbərdardır.
Buna görə də onlar təcili olaraq, bəzi addımlar atırlar. Məsələn, artıq Moldova
parlamenti Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını ratifikasiya edib.
Ukrayna parlamentinin isə eyni addımı gələn həftə atacağı gözlənilir. Artıq
Ukrayna parlamentinin aparıcı fraksiyaları prezident Petr Poroşenkoya müraciət
edərək Assosiasiya Razılaşmasını ratifikasiya etmək üçün ləngimədən Ali Radaya
göndərməyi tələb ediblər.
Ukrayna və Moldovanın tələskənliyini başa düşmək olar. Çünki
özünün çox rahat hiss edən və Assosiasiya Razılaşmasını bu ayın sonunda
ratifikasiya etməyi planlaşdıran Gürcüstandan fərqli olaraq, bu iki
respublikada siyasi proseslər sabitləşməyib. Bu iki respublikanın vətəndaşları
gürcülərdən fərqli olaraq, Qərb dəyərlərinin tətbiqini öz üzərlərində hiss
etməyiblər. Demokratik və azad cəmiyyətin üstünlüklərini görmədən Avroatlantik
strukturlara inteqrasiyanın yarada biləcəyi keçici problemlər Rusiyayönümlü
qüvvələrin revanş götürməsinə səbəb ola bilər ki, bu da Putinin "C"
planının baş tutması demək olardı.
Moldova və Ukrayna kimi Avropa ölkələri də bunun fərqindədir.
Buna görə də onlar Ukrayna, Moldova və Gürcüstanla imzalanmış Assosiasiya
Razılaşmasını qısa müddətdə təsdiq etmək niyyətindədirlər. Artıq Rumıniya
parlamenti üç keçmiş sovet respublikası ilə Assosiasiya Razılaşamasını
ratifikasiya edib. Bu prosesin sentyabr ayına kimi bitməsi gözlənilir.
Belə görünür ki,
Ukrayna və Moldovanın Avroatlantik strukturlara inteqrasiya yolunda
çətinliklərlə dolu bir neçə ayı qalıb. Bundan sonra bu respublikalar da Gürcüstan kimi Avropa ölkəsinə
çevrilmək üçün bir istiqamətə - Qərbə doğru hərəkət edəcəklər.
BMT ABŞ-ın İrana gözlənilən hücumundan narahatdır
Hakan Fidan İran XİN başçısı ilə müzakirə apardı
Türkiyə kuboku: "Qaziantep" qalib gəldi
İki nəhəng komandanın oyunçuları cəzalandırılacaq - Paylaşıma görə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Avropa İttifaqı İrana qarşı sərt tədbirlərə hazırlaşır - Açqlama
Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub
Türkiyədə növbəti şok həbslər: məşhur aktyor Oktay Kaynarca, müğənni Emel Müftüoğlu... - Onlar narkotiklə tutuldu və.. - Foto (Yenilənib)
NATO Baş katibi: "Türkiyə dronları möhtəşəmdir"
Misir Mərdanov jurnalistlərə qarğış elədi: "Niyə mənim adımı hallandırırlar?" (Yenilənib)
Azercell “SMSRadar” xidməti üçün “Premium” abunəliyi təqdim edir
Suriya ordusu YPG-yə xəbərdarlıq etdi
ADNAN ƏHMƏDZADƏ BARƏDƏ YENİ QƏRAR VERİLDİ - Məhkəmə prosesi
Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub - Komitə sədri məruzə elədi
PREZİDENT SAKİNLƏRƏ GÖRÜŞDÜ: "Necə yerləşmisiniz burada?" - FOTOLAR
"Qara Qarayev futboldan "üzüsulu" ayrıldı"
Qərb İran haqqında nə deyirdi, indi nə deyir və niyə? - TƏHLİL
Prezident İlham Əliyev Tərtər və Ağdərədə - FOTOLAR (Yenilənib)
"ARB" kanalının yayımı 3 saatlıq dayandırılacaq - Səbəb
Azərbaycan və İtaliya XİN-ləri arasında siyasi məsləhətləşmə olub
Xocalıda çoban saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Dövlət Nəzarəti Xidməti rəisinə müavin təyin olunub
Sumqayıt avtobuslarına gediş haqqı artırılıb
İcra başçısının müavininə məxsus torpaq sahəsi hərraca çıxarıldı
General-mayor təqaüdə göndərilib
3036 sənəd verdi, 941 nəfər növbəti mərhələyə buraxıldı - Məktəb direktoru postu uğrunda "döyüş" başlayır
Bakıda 27 yaşlı şəxs 22 kq narkotiklə saxlanılıb
İranda aksiyalarda ölənlərin sayı 2 mindən çoxdur - Tehran rejimi elə iddialar irəli sürür ki...
“Rufo Gəncinski” saxlanılıb
Ukraynanın müdafiə naziri vəzifədən azad edilib
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Birmarket”ə direktor təyin edilib
İSTANBULDA PROKUROR QADIN HAKİMİ GÜLLƏLƏDİ - İclas salonunda
Dövlət Neft Fondunun proqnozu fiasko ilə nəticələnib - Rəqəmlər
Əkrəm İmamoğlu Ərdoğana təzminat ödəyəcək - Bu qədər...
"Səbail" komandaya yeni oyunçu cəlb edib
Təhdid imperiyası: Moskva niyə hamını hədələyir? - TƏHLİL
Sabah Bakıda sulu qar yağacaq
Şagirdlərin elektron yerdəyişməsi yekunlaşır
İngiltərə kuboku: "Hull City" "Çelsi"yə rəqib oldu
Biznesmenin oğlu saxlanıldı - Şok ittihamla
Azərbaycan nefti cüzi bahalaşdı
Rektor özünə müşavir təyin etdi