Marko Jevtovic "Konyaspor"a dönüb - Açıqlama

img

17-07-2024 [09:03]


Türkiyə Super Liqasında çıxş edən "Konyaspor" sabiq futbolçusu Marko Jevtoviçi yenidən heyətinə qatıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə kubdan verilən məlumata görə, son olaraq "Qaziantep FK"da çıxış edən 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik razılaşma imzalanıb.

"Konyaspor" bazasında keçirilən imzaatma mərasimində açıqlama verən Jevtovic bildirib ki, bu klub onun ikinci vətənidir: "Burada çox yaxşı dostlar qazandım. Yenidən Konyada və "Konyaspor"da olduğum üçün çox xoşbəxtəm. Bu gözəl ailənin bir parçası olmaq çox xoşdur. İnanıram ki, yeni mövsümdə hədəflərimizə birlikdə nail olacağıq".

Qeyd edək ki, 2018-2021-ci illər arasında "Konyaspor"da çıxış edən futbolçu yeni mövsümdə 16 nömrəli formanı geyinəcək.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA