Azərbaycanın 2 karateçisi beynəlxalq turnirdə qələbə qazanıb

img

16-07-2024 [10:19]


Azərbaycanın 2 karateçisi Astana şəhərində keçirilən “Kazakhstan Open” beynəlxalq karate turnirində fəxri kürsüyə qalxıb.

Mia.az Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Rəşid Süleymanov (16-17 yaş) 76 kq çəki dərəcəsində gümüş medal qazanıb.

61 kq çəki dərəcəsində mübarizə aparan Oksana Nakoneçna isə gənclərin yarışında bütün rəqiblərinə qalib gələrək birinciliyi bayram edib. Oksana böyüklərin yarısında da fərqlənməyi bacarıb. Həmyerlimiz bu dəfə bürünc medala sahib olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA