"Neftçi"dən Roman Qriqorçukun tələbi: 30 milyon, 18 yeni futbolçu, işinə qarışmamaq...
28-06-2024 [00:24]
Mia.az xəbər verir ki, Supersport.Az-a "Neftçi"ylə yeni baş məşqçi Roman Qriqorçuk arasında imzalanan müqavilənin şərtləri məlum olub.
Ukraynalı mütəxəssis Azərbaycanda əvvəllər çalışdığını nəzərə alaraq, kluba güzəşt edərək 2 illik müddət üçün 4 milyon manat yox, 3 milyon almağa razılıq verib.
"Neftçi" klubun rəhbərliyi yeni baş məşqçi Roman Qriqorçukun qarşısına çempionluq, Avropa yarışında qrup mərhələsinə vəsiqə qazanmaq tapşırığı qoyub.
Mia.az Supersport.Az-a istinadla bildirir ki, Roman Qriqorçukun klub rəhbərliyindən üç əsas tələbi olub: işinə müdaxilə etməmək, 30 milyon manat büdcə, 18 yeni futbolçu almaq.
Ukraynalı mütəxəssis işinə müdaxilə olunacağı təqdirdə, klubdan ayrılacağını deyib.
"Neftçi"nin son 12 ildir ki, idarəçiliyində olanlar komandanı qazanc yerinə çeviriblər. Hər il milyonlarla pul havaya sovrulub, həmçinin ciblərə axıb. Komanda Sadıq Sadıqovun rəhbərliyi dövründə Azərbaycan klubları sırasında ilk dəfə Avropa yarışının qrup mərhələsinə vəsiqə qazanıb.
12 ildir isə "Neftçi" "sürünür", qitə turnirlərində fiaskoya uğrayıb, son mövsüm komanda çempionatda 5-ci pilləyə yuvarlanıb, Avropa yarışından da kənarda qalıb.
Ötən sezon klub 30 milyon manatı boşuna xərcləyib, heyətdə 24 futbolçu yer alıb, komandaya bərbad oyunçular gətirilib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf "Neftçi"nin sədri vəzifəsini AFFA prezidentliyinə dəyişib. Klubun Müşahidə Şurasında Zaur Qəhrəmanov, Səməd Qurbanov, Elnarə Məmmədova ilə yollar ayrılıb, Fərrux Mahmudov baş icraçı direktor vəzifəsindən kənarlaşdırılıb. 10 ay ərzində iki baş məşqçi qovulub: Adrian Mutu, Miodraq Bojoviç.
Bərbad futbolçular transfer edən idman üzrə müşavir Kamil Məmmədov isə vəzifəsində saxlanılıb. İsveçli idman direktoru Yens Anderssonla futbol komandaları və əməliyyatları üzrə direktor Zaur Əzizov da bəzi oyunçuların alınmasında iştirakçı olub.
Bir müddət əvvəl SOCAR-ın aparat rəhbəri Hafiz Zeynalov "Neftçi"nin Müşahidə Şurasının sədri seçilib, yeni baş icraçı direktor Cenk Sümer, baş məşqçi Roman Qriqorçuk təyin olunub.
Xatırladaq ki, Qriqorçukun başçılığı zamanı "Çernomorets" Avropa Liqasının 1/16 final mərhələsində, "Qəbələ" isə iki dəfə qrup raundunda iştirak edib.
MİA.AZ
SABAH qruplarına tələbə seçimi müsabiqəsi: test imtahanı oldu, cavablar 3 günə açıqlanacaq
Rusiya hərbi gəmiləri Bakı limanını tərk edib - FOTOLAR
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
41 yaşlı şəxs həmkəndlisini güllələdi, daha sonra isə öz başına atəş açdı - Astarada
AVRO-2024: İsveçrə millisi İtaliyanı devirdi
Azercell-in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub
İsmayıllıda kənd sakinləri köçürülür - Açıqlamalar (Yenilənib)
“Əmək pensiyaları haqqında” qanuna daha bir dəyişiklik oldu - İlham Əliyev təsdiqlədi
Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Zakir Həsənov Macarıstan Milli Assambleyasının sədr müavini ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
Mirzoyan: "Azərbaycanla sülh sazişi regionda sabitliyin bərqərar olması üçün vacibdir"
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Səid Cəlili və Məsud Pezeşkian İranda prezident seçkilərinin ikinci turunda görüşəcəklər
İranda prezident seçkiləri: ilkin nəticə açıqlanıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mourinyo serb futbolçunu istəyir - "Fənərbağça" İtaliya klubunu razı salıb, ancaq...
“Bakcell” Şuşada yeni mağazasını təqdim etdi - FOTOLAR
Türkiyə yığmasının üzvü: "Əsas diqqətimiz Avstriya ilə matçdadır"
İsrail polisi "Məscidül-Əqsa"da namaza imkan verməyib
Kosovoda TikTok qadağan edildi - Hökumət qərar verdi
Naxçıvan Ali Məclisi buraxılıb
SABAH qruplarına tələbə seçimi üzrə imtahan keçiriləcək
Türkiyədə ordu generalı tutulub - İnsan qaçaqçılığı ittihamı ilə
Aktyor Şükrü Özyıldız yeni seriala dəvət olunub
Prezident onlara yeni vəzifə verdi - SİYAHI
Qısamüddətli geomaqnit qasırğası gözlənilir
Ceyhun Bayramov Blinkenin köməkçisi ilə bir arada: "Biz bölgədə sabitlikdə maraqlıyıq"
Türkiyənin Səhiyyə naziri istefa verdi - "Xeyirli olar, inşallah"
Bakının iki rayonunda elektrik enerjisi verilişində fasilə yaranacaq
Lənkəran-Astara bölgəsində daşqın və sel gözlənilir
İşıqpulu 38 faiz qalxdı - Türkiyədə
Türkiyə ordusu İraqda daha 2 PKK-lını zərərsizləşdirib
İsrail ordusu Rəfahda çadırları bombalayıb: daha 11 nəfər həlak olub
"Bakı Beton Konstruksiyaları" 7.6 milyona satıldı
Penitensiar Xidmətin sabiq rəisi apellyasiya şikayəti verib
"Salmanoğlu İnşaat-79” 20 min manat cərimələnib
Şəhid Əhliman Əsgərov dəfn edilib
PARLAMENT SEÇKİSİNİN TARİXİ BƏLLİ OLDU - Sərəncam verildi