Nazirlikdə yeni təyinat: Ceyhun Bayramovun kürəkəninə yüksək vəzifə verildi - FOTO

img

29-06-2024 [15:07]


Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Yüksək Texnologiyları Parkına (YTP) yeni Baş direktor təyin edilib.

Mia.az "BusinessTime"a istinadla xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə bu vəzifəyə Nihat Məcidov təyin edilib.

N.Məcidov bu təyinata qədər "Sabah.Hub"da və bir sıra beynəlxalq təşkilatlarda çalışıb.

ADA Universitetini iqtisadiyyat ixtisası üzrə fərqlənmə ilə bitirən N.Məcidov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun kürəkənidir.

Xatırladaq ki, E.Əmrullayevin əmri ilə YTP-nin sabiq Baş direktoru Vasif Abbasov vəzifəsindən azad edilmişdi.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA