41 yaşlı şəxs həmkəndlisini güllələdi, daha sonra isə öz başına atəş açdı - Astarada 

img

29-06-2024 [23:34]


Astarada güllələnmə olub, bir nəfər ölüb.

Məlumata görə, hadisə Şüvi kəndində baş verib.

Belə ki, kənd sakini 1983-cü il təvəllüdlü Bəşir Əli oğlu İsrafilov həmkəndlisini güllələyərək qətlə yetirib. Sonra o, özünü öldürmək məqsədi ilə baş nahiyəsindən atəş açıb.

B.İsrafilov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir(Report).

Faktla bağlı araşdırma aparılır


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq