Türkiyənin Səhiyyə naziri istefa verdi - "Xeyirli olar, inşallah"

img

28-06-2024 [16:56]


Türkiyənin Səhiyyə naziri Fahrettin Koca istefa ərizəsi yazıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, artıq istefa ərizəsini prezident Ərdoğana təqdim edib.

Məlumata görə, prezient çox tezliklə onu istefasını qəbul edəcək.

Səhiyyə naziri Fahrettin Kocanın istefa ərizəsi ilə bağlı rəsmi qurumlar isə susur.

"Sözçü" TV-dən İsmail Saymaza açqıama verən Koca iddiaları təkzib etməyib: "Həyatda hər vəziyyət ola bilər, bilirsiniz. Əsas olan millətə, dövlətə xidmət etməkdir".

Bugünkü Cümə namazından sonra jurnalistlərin istefa barədə sualına o, yenə də müəmmalı cavab verib: "İnşallah, xeyirli olar”

Məlumata görə, Fahrettin Kocanın bugünkü rəsmi proqramları artıq ləğv edilib: "Nazirlik dəhlizlərində dərin sükut hökm sürür".

Xatırladaq ki, Fahrettin Koca 2 yanvar 1965-ci ildə Konyada anadan olub. 

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR