Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib (Yenilənib)
30-06-2024 [14:19]
Bu gün mayın 12-də keçirilən birinci Azərbaycan dili imtahanında iştirak etməyən şagirdlər və ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin ilk imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan abituriyentlər üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirilib.
Mia.az DİM-ə istinadla bildirir ki, imtahanda 1392 nəfərin iştirakı gözlənilirdi.
İmtahanda 7 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird (abituriyent) də iştirak edib. Bu şəxslərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
İmtahanın idarə olunması üçün 7 ümumi imtahan rəhbəri, 18 imtahan rəhbəri, 129 nəzarətçi ayrılıb, 19 buraxılış rejimi əməkdaşı (mühafizə), 7 bina nümayəndəsi ayrılıb.
Sabahdan etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 1 həftədən sonra elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
***
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 12-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 12-də keçirilmiş imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirir.
Mia.az DİM-ə istinadla bildirir ki, Bakı və Naxçıvan şəhərlərində təşkil olunan imtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn şəxslər imtahan binasına buraxılmayacaqlar.
İştirakçılar imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- şəxsiyyəti təsdiq edən sənədin əslini.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:
-dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
-dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
-oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).
İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
İmtahanın idarə olunması üçün 7 ümumi imtahan rəhbəri, 18 imtahan rəhbəri, 129 nəzarətçi ayrılıb, 19 buraxılış rejimi əməkdaşı (mühafizə), 7 bina nümayəndəsi ayrılıb.
Bu imtahanda 7 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird (abituriyent) də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Vilayət Eyvazov “Polis Günü”nə və tədris ilinin buraxılışına həsr olunmuş mərasimdə - FOTOLAR
“Başım o qədər qarışıqdı, seçkiyə qatılmaq heç yadıma da düşmür” - Redaktorlardan kim deputat olmaq istəyir? (SORĞU)
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində - FOTOLAR (YENİLƏNİB)
Keçmiş spikerin şirkəti daha bir tenderi qazanıb
“Azərsilah” dövlət qeydiyyatına alınıb
Qadın telejurnalist ərini döyüb: "Əsəbləşdirdi, vurdum, bir də gördüm yerdədir” - "Mənim bir baxışım bəsdir ki, ərim özünü yığışdırsın"
Müəllimlərin işə qəbulu: test imtahanına start verilib -Yenilənib
Sərxoş olan məşhur futbolçu yerlərdə sürünüb - FOTO
Xocalıda xeyli sayda döyüş sursatı tapılıb - VİDEO
Hansı deputat seçkiyə qatılacaq? - "Gedib Qarabağ camaatından soruşacam ki, məni yenidən deputat görmək istəyirsinizmi?"
Aktrisa uşaqikən onu atıb gedən atasını bağışladı - FOTO
Bakıda 30 yaşlı qadın özünü binadan atıb
"Beşiktaş", "Fənərbağça" və indi də "Qalatasaray"da - Mişi Batşuayiyə hər il nə qədər maaş ödəniləcək?
Partiya sədrindən seçki açıqlaması: "Bəzi deputatları heç seçildiyi dairəsində tanıyan yoxdur"
Azərbaycan neftinin qiyməti 90 dolları ötüb
Ərdoğan iki naziri dəyişdi - Yeni təyinatlar (FOTO)
Azərbaycan Polisi 106 yaşında: "Var gücümüzlə xalqımızın təhlükəsizliyinin keşiyində, cinayətkarların qarşısındayıq!"
AVRO-2024: Ronaldu ağldadı, komandası penaltilərlə qalib gəldi
UEFA Jude Bellinqhemi "qara siyahı"ya saldı - Araşdırma başlayıb
Cenk Tosun: "Avstriya ilə matça çox yaxşı hazırlaşmışıq"
Ukrayna Qoşunları Belarusla sərhədə toplanıb - Rəsmi Moskva "Bu, bizi də narahat edir" deyir
Avstriyanın baş məşqçisi: "Türkiyənin gücünü bilirik, çox duyğusal komandadırlar..."
Futbolçu "Beşiktaş"la vidalaşdı: "Sizi unutmayacağam"
Professor yoxa çıxıb - Polis axtarışa başlayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail bu ölkə ilə müharibəyə hazırlaşır! - TƏHLİL
AVRO-2024: Fransa yığması Belçikanı məğlub elədi
Hökumə Kərimova departament direktoru təyin olunub
Agentlik sədrinə yeni müşavir təyin olunub
Professor İbadulla Ağayevin Zodlu Abdullanın əsərlərindən ibarət kitabı işıq üzü görüb - Tədbir (FOTOLAR)
"Ulduz" jurnalı yeni tərtibatda! - FOTO
Faiq Abdullayev vəzifədən çıxarıldı
Sabah Bakının 4 rayonunda qaz olmayacaq
Nigeriyada helikopter qəzaya uğrayıb
“Nar” komandası “Breyn Rinq” yarışının qalibi oldu
Daha bir partiya seçikyə gedir - 100-ə yaxın səlahiyyətli nümayəndənin siyahısı təsdiqlənib
Baş Prokurorluqda növbəti dəyişikliklər olub
Dövlət Xidmətinin sabiq rəisi azadlığa buraxılıb
TƏHSİL İDARƏSİNDƏ YOXLAMA: regional qurumun rəhbəri vəzifədən azad edildi, yeni təyinat oldu
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident 2024-cü ilin dövlət büdcəsinə dəyişiklikləri təsdiqləyib
İşsizlikdən Sığorta Fondunun büdcəsində dəyişiklik edilib