Bakının iki rayonunda elektrik enerjisi verilişində fasilə yaranacaq

img

28-06-2024 [16:42]


Bu gün Bakının Nəsimi və Nərimanov rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Mia.az “Azərişıq” ASC-yə istinadla bildirir ki, paytaxtın Nəsimi rayonunda Ceyhun Hacıbəyli, Mirəli Qaşqay, Qulu Quliyev, Mirəsədulla Mirqasımov, Həsən Əliyev, Mövsüm Sənani, Mərdanovlar qardaşları, Nərimanov rayonunda isə Xan Şuşinski, Hənifə Ələsgərov küçələrində saat 16:30-dan saat 20:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Abonentlərin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə “Azərişıq” sözügedən ərazilərin işıqlandırılmasını təmin edən 35/6 Kv-luq 96 saylı yarımstansiyada əlavə gücləndirmə işləri həyata keçirir. Görülən işlər yekunlaşdırıldıqdan sonra elektrik enerjisinin verilişi tam təmin ediləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR