İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Nələr müzakirə olunub?
GÜNDƏM
26.06.2024, 13:07
Prezident İlham Əliyev iyunun 26-da İtaliyanın müdafiə naziri Quido Krosettonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mia.az xəbər verir ki, nümayəndə heyətinə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli də daxildir.
Prezident İlham Əliyev bu günün Azərbaycan-İtaliya əlaqələrinin tarixində əlamətdar olduğunu deyərək, bununla münasibətlərdə yeni səhifənin açıldığını, ölkələr artıq hərbi-texniki sahədə də əməkdaşlığa başladığını qeyd etdi.
Dövlət başçısı İtaliyanın çox inkişaf etmiş hərbi-texniki sənayeyə malik olduğunu vurğulayaraq, bu gün təqdim olunan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin Azərbaycana gətirilməsini əlaqələrimizin yüksək səviyyəsinin göstəricisi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev Azərbaycan ilə İtaliyanın bir çox sahələrdə strateji tərəfdaş kimi fəaliyyət göstərdiyini deyərək, Avropa məkanında Azərbaycanın ticarət əlaqələrinin böyük hissəsinin İtaliyanın payına düşdüyünü və ticarət dövriyyəsinin 15 milyard dolları ötdüyünü bildirdi. Dövlət başçısı bir çox İtaliya şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini və bir sıra layihələrdə iştirakını məmnunluqla qeyd etdi.
Neft-qaz sahəsindəki əməkdaşlığın təkcə iki ölkə üçün deyil, bütün Avropa məkanı üçün önəm daşıdığını bildirən Prezident İlham Əliyev bunun inkişafının təməlində güclü siyasi əlaqələrin dayandığını vurğuladı və “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin bu əlaqələrin əsasını təşkil etdiyini dedi.
Dövlət başçısı bu il Azərbaycanda keçiriləcək COP29-a hazırlıqla bağlı da Azərbaycan və İtaliyanın sıx təmasda olduğunu vurğuladı.
Azərbaycan Prezidenti əməkdaşlığın digər sahələri də əhatə etdiyini deyərək, təhsil sahəsində əlaqələrə toxundu və qeyd etdi ki, İtaliya-Azərbaycan Universiteti faktiki olaraq fəaliyyətə başlayıb, bu universitet üçün hazırda yeni müasir bina və təhsil kompleksi inşa edilir.
Dövlət başçısı əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini bildirdi.
Qəbula görə minnətdarlığını ifadə edən İtaliyanın müdafiə naziri Quido Krosetto 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.
Qonaq Azərbaycan Prezidenti ilə əvvəlki görüşünü məmnunluqla xatırladı.
Ölkəmizə böyük nümayəndə heyəti ilə gəlməsinin və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin burada olmasının önəmini qeyd edən Quido Krosetto müdafiə sənayesi sahəsində əməkdaşlığımızın başlanmasından məmnunluğunu bildirdi.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Super liqaya hansı komanda yüksələcək? – Gərgin oyunlar…
Bugün, 00:40 İDMAN
-
Osimhen yığma komandaya çağırılmadı
Bugün, 00:25 İDMAN
-
Salah Türkiyəyə gəlir? – 20 milyonluq illik maaş və 3 illik müqavilə təklifi var
Bugün, 00:18 İDMAN
-
"Sezercik" elə hala düşüb ki… - Məşhur aktyor illər sonra + FOTO
Bugün, 00:15 MƏDƏNİYYƏT
-
Həbs olunan bələdiyyə sədrinin gəlini də “etrafçı” oldu
Bugün, 00:13 SİYASƏT
-
İsrail Livanda xəstəxananı vurdu - Ölən və yaralananlar var
Bugün, 00:05 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
Rum rəqəmlərinin yazılışı - Vahid Tağıyev yeni cədvəl təqdim etdi
11.05.2026, 23:57 YAZARLAR
-
TRAMP ÇİNƏ GEDİR: İran müharibəsi tarazlığı dəyişib? - TƏHLİL
11.05.2026, 23:48 GÜNDƏM
-
İKİ HƏRBÇİMİZ MİNAYA DÜŞDÜ - MN açıqlama yaydı
11.05.2026, 22:44 GÜNDƏM
-
Şəfiqə Məmmədova Əli İsa Cabbarovla mübarizə aparacaq - Sədrlik uğrunda
11.05.2026, 19:41 MƏDƏNİYYƏT
-
ABŞ–İran qarşıdurması: kim qazanır, kim uduzur və dünya hansı istiqamətə gedir? - TƏHLİL
11.05.2026, 17:25 SİYASƏT
-
Akif İslamzadənin vəziyyəti açıqlandı: “Xəstənin huşu aydındır"
11.05.2026, 17:16 MƏDƏNİYYƏT
-
DTX-nn saxladığı mafiya lideri: o, kimdir? - VİDEO
11.05.2026, 17:02 KRİMİNAL
-
Növbəti iki gündə hava şəraiti dəyişəcək - Xəbərdarlıq
11.05.2026, 14:06 CƏMİYYƏT
-
“Barselona” “Real”ı devirərək çempion oldu
11.05.2026, 09:15 İDMAN
-
Prezident və Birinci xanımın Zəngilanda səmimi görüntüləri... - VİDEO, FOTOLAR
11.05.2026, 00:09 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
11.05.2026, 00:01 MƏDƏNİYYƏT
-
Fizuli Məmmədov: "Karvan-Yevlax" da davam edəcəyimə hələ qərar verilməyib""
10.05.2026, 23:54 İDMAN
-
Tovuz komandası 32 il sonra Avropa Kubokuna vəsiqə qazandı
10.05.2026, 23:37 İDMAN
-
Tovuz klubu mart ayından Avrokuboklara hazırlıq görür - Bu rayonda ilk dəfə UEFA oyunları keçiriləcək
10.05.2026, 19:30 İDMAN
-
Rumıniyada Heydər Əliyevin xatirəsi anılıb - FOTO
10.05.2026, 19:22 SİYASƏT
-
Heydər Əliyevin şəxsi fotoqrafı: "Mənə baxıb dedi ki, sən mənimlə işləyəcəksən" - MÜSAHİBƏ + FOTOLAR
10.05.2026, 19:08 PRESS
-
Vasif Talıbov uzun sürən səssizliyini pozdu - FOTO
10.05.2026, 18:05 SİYASƏT
-
Tovuz azarkeşləri futbolu bayrama çevirdi - VİDEO
10.05.2026, 17:50 İDMAN
-
İlham Əliyev Zəngilanda: sakinlərlə görüşdə mühüm mesajlar verildi - FOTOLAR (YENİLƏNİB)
10.05.2026, 13:00 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
10.05.2026, 12:30 CƏMİYYƏT
-
VƏZİFƏLİLƏRİN MAAŞI ARTDI, FƏHLƏLƏRİN İSƏ YOX! - Komitə sədri "Azəriqaz"dakı sosial ədalətsizliyi qabartdı
10.05.2026, 11:28 İQTİSADİYYAT
-
İcra Hakimiyətinin hasarını sökdürdüyü adam canına qıydı
10.05.2026, 11:24 CƏMİYYƏT
-
Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTO
10.05.2026, 11:21 İQTİSADİYYAT
-
"Son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın" - İlham Əliyev Slovakiyanın Baş nazirinə cavab verdi
10.05.2026, 11:12 GÜNDƏM
-
Ceyhun Bayramov: "Ermənistanla delimitasiya və demarkasiya üzrə işlər davam etdirilir"
10.05.2026, 10:43 SİYASƏT
-
Nə üçün Mehriban xanım Əliyeva Ulu öndər haqqında arzuladığı kitabı hələ oxumayıb? - MİLLƏT VƏKİLİ YAZIR
10.05.2026, 10:40 YAZARLAR
-
PA rəhbəri: "Qarabağ və Şərqi Zəngəzur bölgələrində..."
10.05.2026, 09:57 SİYASƏT