Yazıçı Anar: “Bir dəfə demişəm, üç dəfə də təkrar etmişəm"

img

21-06-2024 [18:02]


Bir neçə aydan sonra Azərbaycanda parlament seçkiləri keçiriləcək.

Mia.az-ın məlumatına görə, Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün Prezidentə müraciət edib. 

Bir müddət əvvəl əgər təklif gələrsə, seçkilərə qatılmağı düşünəcəyini bildirən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin namizəd olub-olmayacağı da müzakirə olunan məsələlərdəndir.

Modern.az məsələ ilə bağlı AYB sədri ilə əlaqə saxlayıb. 

O bildirib ki, seçkilərə qatılmayacaq: “Bir dəfə demişəm, üç dəfə də təkrar etmişəm. Yenə təkrar edirəm, seçkilərə qatılmaq fikrim yoxdur”. 

Qeyd edək ki, Anar Rzayev Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı kimi fəaliyyət göstərib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR