Belarus İrəvandakı səfirini Minskə geri çağıracaq

Belarus İrəvandakı səfirini Minskə geri çağıracaq

SİYASƏT

13.06.2024, 18:01

Belarus Xarici İşlər Nazirliyi (XİN) Baş nazir Nikol Paşinyanın bu gün parlamentdə rəsmi Minskin ünvanına səsləndirdiyi ittihamlara cavab verib.

APA xəbər verir ki, rəsmi Minsk qeyd edib ki, xarici oyunçular Ermənistan rəhbərliyini sövq etsə də, onlar İrəvanla münasibətləri pisləşdirmək niyyətində deyillər.

“Əgər kimsə xarici düşmən obrazı ilə diqqəti daxili problemlərdən yayındırmaq qərarına gəlibsə, bu, heç də uzaqgörən mövqe deyil”, - bildirilib.

Belarus XİN İrəvandakı səfirinin tezliklə Minskə çağırılacağını anons edib.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR