ATV-nin keçmiş aparıcı vəzifəyə təyin olunub

img

13-06-2024 [16:46]


Bir neçə gün öncə ATV-dəkı vəzifəsindən ayrılan aparıcı Maya İmran Novruzovanın yeni iş yeri məlum olub.

Mia.az Demokrat.az-a istinadən xəbər verir ki, Maya İmran Novruzova bundan sonra fəaliyyətini dövlət qurumunda davam etdirəcək.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Strateji Kommunikasiya Departamentinin Media və İnformasiya təminatı şöbəsində Baş mütəxəssis vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Maya İmran Novruzova 2018-ci ildən ATV-də çalışırdı.

O, bir müddət “ATV səhər” proqramının da aparıcısı olub.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR