İsrailin San-Fransiskodakı konsulluğuna basqın: 70 nəfər həbs olunub

img

04-06-2024 [11:41]


İsrailin San-Fransiskodakı konsulluğuna basqın edilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ polisi İsrailin San-Fransiskodakı konsulluğunun foyesinə zorla daxil olan və Qəzza zolağında atəşkəs tələb edən 70 Fələstin tərəfdarını saxlayıb.

Məlumata görə, əllərində müxətlif şüarlarla konsulluğun qarşısında toplaşan etirazçılar əvvəlcə özlərini binanın dəmir barmaqlıqları ilə qapılara bağlayıblar. Daha sonra isə bir qrup şəxs qapını qıraraq içəri daxil olub, orada dağıntılar törədiblər. Polis müdaxiləsi ilə onlar binadan çıxarılaraq həbs ediliblər.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:15 21.09.2024

Lerikdə zəlzələ olub