İmran Xan bir ittiham üzrə bəraət aldı - 10 illik həbs cəzası ləğv edildi

img

03-06-2024 [19:24]


Pakistanın sabiq baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureş onlara qarşı irəli sürülən ittihamlardan bir üzrə bəraət alıblar.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ölkənin Ali Məhkəməsi onlaırn üzərindən "dövlət sirlərini yaymaq" ittihamını götürüb.

Pakistan mətbuatı yazır ki, bununla da onların barəsindəki 10 illik həbs cəzası ləğv olunub.

Lakin İmran Xan yenə də həbsdən çıxa  bilməyəcək. Çünki onun haqqında dini qaydaları pozmaqla həyat yoldaşı Büşra Bibi ilə evlənməsi barədə 7 illik başqa bir cəza var.

Xatırladaq ki, İmran Xan 2023-cü il avqustun 5-dən həbsdədir.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:52 25.11.2024

Sabah yağış yağacaq