Hizbullah İsrailin 411-ci artilleriya bazasını vurub - Kamikadze dronlarla

img

17-05-2024 [11:15]


Hizbullah Hərəkatı İsrailin 411-ci artilleriya briqadasına kamikadze PUA ilə hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Livan mətbuatında "Hizbullah"ın açıqlaması yayılıb.

Açıqlamada iddia olunub ki, Livanın cənubundan İsrail hərbi hədəfinə uğrulu hücum həyata keçirilib: "Kamikadze PUA ilə İsrailin şimalındakı Qaton qəsəbəsində yerləşən 411-ci Artilleriya Briqadasında qurulan çadır, hərbi ofis və əsgərlərin yataqxanası kamikadze PUA-lar tərəfindən vurulub. Hücum nəticəsində İsrail əsgərləri arasında ölən və yaralananlar var".

"Hizbullah" bununla yanaşı, ötən gün İsrailin zərbələri nəticəsində daha 4 üzvünün həlak olduğunu təsdiqləyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR