ZİYANLI VƏRDİŞLƏR (IV YAZI)
06-05-2024 [09:21]
Qalib ARİF
***
Yazının əvvəlini buradan oxuya bilərsiniz:
https://www.mia.az/w1064898/ziyanli-verdisler-alkoqol-ve-nikotin-2024-04-22-124607
https://www.mia.az/w1065215/ziyanli-verdisler-iii-yazi-2024-04-29-091630
***
İnternet və Qumar
Birinci və ikinci yazımızda fizioloji yolla, yəni bilavasitə orqanizmə daxil olmaqla insanda asılılıq yaradan ziyanlı vərdişlərdən - narkotikdən, nikotindən və alkoqoldan danışmışdıq. Üçüncü yazımız qeyri-fizoloji yolla insanda asılılıq yaradan ziyanlı vərdişlərə, bazarlıq və adrinalin asılılığına həsr olunmuşdu. İnternet və qumar asılılıqları da bu tip ziyanlı vərdişlərdəndir. Bizdə olmasa da, dünyada yaxşı öyrənilmişdir, əlamətləri də göz önündədir. Mütəxəssislər deyir ki, ziyanlı vərdişlərin, hansı yollarla yaranmasından asılı olmayaraq, ümumi cəhətləri var: vaxt keçdikcə insan asılı vəziyyətə düşür və asılılıq obyektindən istifadəni vərdiş kimi davam etdirir; sonra insan artıq öz üzərində nəzarəti itirir və asılılıq obyekti reallıqdan qaçmaq vasitəsinə çevrilir; sonda asılılıq aludəçiliyə çevrilir, insan sağlamlığını, hətta nüfuzunu itirir və qətiyyən bunun fərqində deyildir...
1.İnternet asılılığı
Vikipediyada (İnternet ensklopediyası) İnternet asılılığı psixi nasazlıq, daima internetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olması kimi izah edilir. O cümlədən deyilir ki, asılılığın bu forması müasir dövrdə çox geniş yayılsa da, onun statusu hələlik qeyri müəyyəndir. Belə ki, internet asılılığı bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına daxil edilməmişdir. Deməli, bu psixi pozuntu, ruhi xəstəlik və ya əsəb fəsadları yox, sadəcə olaraq, çox ziyanlı bir vərdişdir.
Bu asılılıqdan ilk dəfə 1994-cü ildə psixiatr Kimberli Yanq bəhs edib. O, internet asılılığı müəyyənləşdirmək üçün sorğu keçirdi. Məlum oldu ki, bu asılılıq qumara patoloji bağlılıq kimidir və internet istifadəçilərinin də 4-5 faizi bu bəlanın əsiridir. Mütəxəssislər bu asılılığın əsas səbəbini bu gün internetin başlıca informasiya mənbəyi olmağında görürlər. İnformasiya isə hamıya lazımdır və hazırda dünyada ən bahalı maldır. İnternet asılılığı problemi virtual şəbəkənin populyarlığının yüksəlməsi ilə daha da artır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da gerçək həyatı internetə qurban verən, smartfon və kompéóterlə sutkada 8-18 saat âàõò keçirən insanların sayı artır. İnternetdən qəfil və ya məcburi imtina bu insanlarda həyəcan, emosional narahatlıq, tərki dünyalıq və az qala xof yaradır.
İnternet asılılığının yaranmasının əsas əlamətlərindən biri, bəlkə də birincisi insanın konkret saytlarla yox, “qarşısına çıxan” bütün resurslarla maraqlanması, ciddi ehtiyac olmadığı halda virtual məkanda “eşələnməsi”dir. Belələri bu və digər saytlara ehtiyaca, marağa görə daxil olmur - sırf mexaniki şəkildə saytlarda “təftiş”lə məşğul olurlar. Məsələn, internetin əsiri olan insan poçtuna mühüm məktub gözlədiyinə görə yox, sadəcə baxmaq üçün daxil olur. Çünki elektron poçta daxil olmaq, servisi “açmaq” ona ləzzət verir və bu ləzzəti orada yeni məktubu görmək daha da artırır. Amma internetə ifrat aludə olan insan heç bir halda problemini özü görmür və dərk etmir. Onun üzləşdiyi bəla barəsində bütün hallarda ətrafındakı insanlar danışırlar. “Sən kompyuter qarşısında çox vaxt keçirirsən!” kimi narahatlıq dolu sözlər səslənirsə, deməli, siz gerçəkdən də internetdə “batan”lardan birisiniz. Belə vəziyyət isə real həyatdakı dostlarla ünsiyyətə və təmaslara çox az vaxt qoyur.
İnternet asılılığa mübtəla olmuş insanları tanımaq, ayırd etmək asandır. Beləsinə nə söyləsən, cavabında “yaxşı, mənə e-maillə yazarsan” deyir. Ya da dostları ilə istirahət etməyə yollandığı kafe, restoran və ya çayxanaya daxil olan kimi oranın işçilərindən “Sizdə Vay-Fay var?” soruşur. Səhər saatlarında isə o, yuxudan oyananda bir fincan isti çay, ya qəhvə içmək, 5-10 dəqiqə idman etmək əvəzinə başılovlu kompyuterə tərəf qaçır, poçtunu yoxlayır, saytlarda gəzişir və bir ay öncənin hava proqnozuna baxır.
Qeyd etmək lazımdır ki, bir çox qərb ölkələrində bu problem ciddi araşdırılır və hətta internet asılılığı ilə mübarizə mərkəzləri yaradılır. Azərbaycanda isə bu sahədə hələ də mütəxəssis yoxdur, halbuki ölkəmizdə də internet asılılığına tutulanlar az deyil. İnternet asılılığı ilk əvvəl görmə qabiliyyətinə təsir edir. Sürəkli, fasiləsiz gərginlik nəticəsində göz əzələləri yorulur, onlar elastikliyini itirir, gözdə quruluq və yanğı hissləri yaranır. Göz almacığı, partlamış kapilyarlar nəticəsində qızarır, künclərdə isə vaxtından əvvəl qırışlar yaranır. Göz almacığı və bəbəyə bir qədər istirahət vermək üçün kompyuterin arxasından qalxın, uzağa baxın. Həkim məsləhəti ilə nəmləndirici göz damlalarından istifadə edin. İnternet asılılığın daha bir mənfi fəsadı bel ağrıları, osteoxandroz, skolioz və donqarlıqdır. Onlar oturaq həyat tərzi nəticəsində yaranır, müalicəsi də asan olmur. Belə fəsadlarla qarşılaşmamaq üçün aptekdən çiyinləri düz, beli isə şax tutan xüsusi bandaj almaq olar. Bel ağrıları probleminin daha bir həll yolu, gimnastika və ya üzgüçülüklə məşğul olmaqdır. Bu eyni zamanda, internetdən kənarlaşmaq üçün də bir fürsətdir.
Fəqət, bütün bunlara rəğmən internet asılılığının ən pis nəticəsi asosiallıq, yəni tənhalıqdır. Bu asılılığa düşən insan dostlarla görüşmək istəmir, onlarla “Skype” vasitəsilə danışmağa üstünlük verir. O, harasa zəng vurmaq, danışıqlar aparmaq əvəzinə e-mail vasitəsilə yazışmağı üstün tutur. Yəni internetdə nə qədər çox vaxt keçirilirsə, gerçək ünsiyyət imkanlarını o qədər itirir. İnternet asılılılığı olan insanlar çətin ünsiyyətə girir, yad mühitdə stress keçirirlər.
İnternetin əsirinə çevrilməmək üçün ilk əvvəl bu problemi dərk etmək, anlamaq gərəkdir, çünki bu bəladan qurtulmaq üçün sizə sizdən savayı kimsə yardım edən deyil. Əgər bu asılıqdan qurtarmaq istəyirsinizsə, sabaha qoymayın, elə bu gündən başlayın. Əvvəlcə hər gün internetdə nə qədər vaxt keçirdiyinizi hesablayın. Sonra isə həmin vaxtın hansı hissəsini virtual şəbəkədə həqiqətən də sizə gərəkli işlərə sərf etdiyinizi müəyyənləşdirin. Onların fərqi internetdə hər gün keçirməniz məsləhətli olan vaxtdır. Fərz edək ki, həmin vaxt 2 saatdır. Hər gün kompyuteri yandırıb işə salanda bu vaxtı unutmayın və 2 saat başa çatan kimi kompyuteri söndürün. Daha bir radikal metod isə heç bir məqsəd olmadan baş çəkdiyiniz saytları blok etməkdir. Azərbaycandakı internet istifadəçiləri ilə bağlı aparılan müşahidələr göstərir ki, həmin saytlar əsasən sosial şəbəkələrdir.
Əgər, bu vasitələr də kömək etmirsə, deməli siz istifadəçi deyil, aludəçisiz, əməlli-başlı xəstəsiz. Təcili psixoloqa müraciət edin...
2.Qumar asılılığı
Vikipediyada qumar asılılığı ludomaniya (oyun asılılığı) adlanır, qumar oyunlarından patoloji asılılıq, yəni müstəqil ayrıla bilməmək kimi təsvir edilir və hətta sosial, peşəkar, ailəvi dəyərlərin itirilməsi ilə nəticələndiyi bildirilir. Xüsusi olaraq qeyd edilir ki, son dövrlərdə dünyanın bir çox yerində kazinoların açılması, qumar avtomatlarının (“təkqol bandit” və s.) yayılması bu asılığı daha da genişləndirir. Buna görə də, aparıcı qərb ölkələrində qumar asılılığı artıq çox təhlükəli sosial problem hesab edilir və qarşısının alınması yolları müzakirə edilir. Asılılığın bu qədim forması müasir dövrdə çox geniş yayılsa da, onun da statusu hələlik qeyri-rəsmidir. Belə ki, qumar asılılığı da internet asılılığı kimi psixi xəstəliklər təsnifatına daxil edilməmişdir.
Mütəxəssislər deyir ki, qumar asılılığını ilk növbədə insanın maniakal qumar həvəsindən fərqləndirmək lazımdır. Maniàkal həvəs insan qəflətən qeyri-adekvat şəraitə düşdükdə, sosial öhdəliklərindən imtina etdikdə, öz taleyinə tam etinasızlıq hiss etdikdə, məsələn türmədə, yarana bilər. Obrazlı desək, bu allergiya kimidir və allergeni aradan qaldırdıqda, dərhal keçir. Qumar asılılığı isə, sözün əsil mənasında, patologiyadır, bu zaman asılıq getdikcə artır, insan hətta sosial statusunu və sağlamlığını itirir, amma geri çəkilmir. çünki çəkilə bilmir, oynamaq, udmaq həvəsi imkan vermir... Məsələn, insanlar dayanmadan sutkalarla qumar oynaya və minlərlə pul (hətta borca girməklə) uduza bilərlər. Bu zaman onların yadına hətta yemək və yatmaq da düşmür, yalnız su, ya pivə içməklə kifayətlənirlər...
Qumar asılığığına düşən insan sağlamlığından əvvəl normal məntiqi duşuncəsini, yəni reallıq hissini itirməyə başlayır. Məşhur kəlamda deyildiyi kimi, Allah adamı vuranda əvvəl ağlını başından alır. Qumar aludəçisi, bir qayda olaraq, uduşları öz qabiliyyəti, qisməti kimi dəyərləndirir, uduzduqlarını isə kənar səbəblərlə, məsələn, zərin “it sümüyü” olması, yaxud da kartın “mast” gəlməməsi ilə izah edir. Bu zaman oyunçu elementar məntiqdən çıxış edir və səhv edir, çünki, qumar oyunlarının məntiqi daha mürəkkəbdir. Məsələn, kart 5 dəfə, on dəfə “mast” gəlmirsə, ya zər “şeş” vermirsə, oyunçu hesab edir ki, 11-ci dəfə mütləq onun bəxti gətirəcək. Amma təcrübə göstərir ki, hətta oyun “şuler”siz aparılsa belə (bir qayda olaraq, istisna olunur), kart yüz, hətta min dəfə “mast” gəlməyə bilər və zər “şeş” verməyə bilər. Siz isə oyunçunun vəziyyətini təsəvvür edin, axı qumarı “konfet kağızı” ilə oynamırlar...
Nə qədər qəribə olsa da, qumar aludəçisi oyun zamanı öz imkanlarına deyil, öz bəxtinə “stavka” etməyə başlayır. Məsələn, dünyada heç kəsi, hətta qumar azarkeşini də Qarri Kasparovla (yeri gəlmişkən, erməni deyil, yəhudidir) pulla şahmat oynamağa məcbur etmək olmaz. Hamı yaxşı bilir ki, Kasparov peşəkar şahmat ustasıdır və onunla oyunda uduş ehtimalı sıfra bərabərdir. Amma qumar oyunlarında hətta bu da yaddan çıxır. 90-cı illərin əvvəllərini yəqin xatırlayırsız, maşın, paltar, hətta meyvə bazarlarında “üskük fırladanlar” at oynadırdılar. Və nəinki qumar aludəçiləri, hətta “üskük” oyunundan qətiyyən başı çıxmayan adi insanlar həvəslə bu oyuna girişir, pul udmaq istəyirdilər. Amma oyun təmiz aparılsaydı belə (təcrübədə istisna olunur), adi insanların peşəkarlardan pul udmaq şansları sıfra bərabər idi. Axı, məntiq həmin məntiqdir, faktiki olaraq, Kasparovla pulla şahmat oynamaq deməkdir.
Maraqlıdır, qumar aludəçiləri daha çox kimlər olur, yaxud risk qrupuna kimlər daxildir?
Araşdırmalar göstərir ki, əsas risk qrupuna təxminən 30 yaşlı, tək yaşayan kişilər daxildir. Yəni kişilərdə qumar asılılığı daha erkən başlayır və 30 yaşında pik nöqtəsinə çatır. Qadınlarda isə təhlükəli dövr 30-dan sonra başlayır və 40 yaş ən təhlükəli sayılır. Qeyd etmək lazımdır ki, qumar asılılığı olan insanların 30-40 faizi sair asılılıqlardan, məsələn nikotindən, alkoqoldan əziyyət çəkir. Qumar oynayanların yalnız 5-10 faizi aludəçiyə, 2-3 faizi isə müalicəsi olmayan xəstəyə çevrilir. Bəs insanı bu təhlükəli yola aparan nədir? Mütəxəssislər deyir ki, bu yolun başlanğıcı ilk oyunlarda təsadüfən udulan (deyirlər, qumarda xamın bəxti gətirir!), ya “loxa avans” kimi buraxılan pullar da ola bilər, boşanma və işdən çıxarılma kimi şəxsi uğursuzluqlar da. Sonra isə uduzma dövrü başlayır və insan düşdüyü vəziyyətdən çıxa bilmir. İlk zamanlar məqsəd var (deməli, hələ istifadəçisiz), uduzduqlarınızı geri qaytarmaq istəyirsiz, özünüzü hər şeydən təcrid edir, az qala bütün vaxtınızı qumara sərf edirsiz. Amma aylar keçir, borclar artdıqca, asılılıq da artır və məqsəd itir (artıq aludəçisiz), qumar az qala həyat tərzinə çevrilir.
Bəs, insanın qumardan asılılığını, istifadəçi, ya aludəçi olduğunu necə təyin etmək olar? Təbii ki, bunun üçün müəyyən testlər və sorğular var. Bu sahədə SOGS (South Oaks Gamblings Screen - Cənubi Palıdlar Azart Oyunları) şkalası daha uğurlu hesab edilir. Bu şkala ilə insan özü-özünü də yoxlaya bilər. Yazının yer, oxucunun vaxt məhdudiyyətini nəzərə alıb, şkalanı tam vermirik, əsas 7 sualla kifayətlənirik: Siz pulunuz qurtarana kimi oynayırsızmı; Siz daim özünüz üçün təyin etdiyiniz uduzmaq limitini artırırsınızmı; Pulunuz qurtarandan sonra borca oynayırsınızmı; Qumar borcunuzu qaytarmaq üçün oğurluq etmək ağlınıza gəlibmi; Siz daima oyun haqqında fikirləşirsizmi; Oynamayanda qanınız qaralırmı, kefiniz pozulurmu; Siz uduzduqlarınızı qaytarmaq, ya oynamaq xatirinə oynayırsız?
Əsas sualımız isə budur: Bu ziyanlı vərdişdən can qurtarmaq mümkündürmü və bunun üçün nə etmək lazımdır? Mütəxəssislərin fikrincə, yuxardakı 7 sualın hamısına müsbət cavab verənlər artıq aludəçilərdir. Yarısına müsbət cavağ verənlər isə, istifadəçilərdir və qumardan can qurtarmaq şansları hələ qalır.
MİA.AZ
Elçin Cavadovun "STEAM" və "Əməyin mühafizəsi və təhlükəsizliyi" adlı dərs vəsaitlərinin təqdimatı olub - VİDEO, FOTOLAR
Ərdoğanla Putin arasında telefon danışığı olub
Prezident İlham Əliyevdən paylaşım: “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!”
Bakıda COP29-un bağlanış plenar sessiyası... - 300 milyard təsdiqləndi + VİDEO (YENİLƏNİB)
"Mənə bir də bu barədə sual verməyin" - Qurbanov
4 uşaqlı qadının 3 uşaq atası ilə gizli görüşü ikisinin də sonu oldu - "Əl-ayaqları bağlanaraq çəkiclə öldürülüblər" (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Londonda 24 saat ərzində 3 terror qorxusu yaşanıb - Biri ABŞ səfirliyinin yaxınlığında olub
Renad Dadaşovun komandası uduzub
TÜRKİYƏ XİN BAŞÇISINDAN QORXUNC ANONS: “Putin nə dedi?" - "Nüvə müharibəsi riski artıb, bu, artıq zarafat deyil”
Ankaraya qar yağıb, avtomobil yolunda hərəkət çətinləşib - FOTO
Azər Qasımlının ölkədən çıxışına qadağa qoyulub - Açıqlama
İstanbulda 6 mərtəbəli fabrikdə çıxan yanğın 16 saat sonra nəzarətə alınıb - FOTOLAR (YENİLƏNİB)
PKK Suriyada Türkiyənin nəzarətində olan bölgəyə atəş açıb - Bir uşaq ağır yaralanb
HƏR PAYLAŞIMA 12 MİN MANAT... - Blogerlərin qumar biznesmenləri ilə gizli işbirliyinin detalları açılır
RUSİYANIN AVROPANI QORXUDAN "ÜÇBAŞLI RAKET"i: "Qarşısıalınmazdır, Avropadakı istənilən hədəfi maneəsiz vura bilər”
Hakan Fidan Lavrovla müzakirə aparıb - Telefonda
Qəzzada daha 23 mülki şəxs öldürülüb
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Naxçıvana da hökm edəcək - Cavid İsmayılzadənin "əli uzandı"
“Azərenerji” və “Azərişığ"a əlavə səlahiyyət verildi - Fərman
Ərdoğandan Netanyahu haqqında çıxarılan həbs qərarına ilk reaksiya: "Cəsur hökmdür..."
Zaur Mikayılovun digər müavini də məmur qardaşı çıxdı - FOTO
Türkiyə iki ölkədə terrorçuları zərərsizləşdirib
1-ci siniflərin yerdəyişmə prosesinə start verilir
Zaur Mikayılovun yeni təyin olunan birinci müavini kimdir? - Maraqlı məlumatlar + FOTO
Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
Prezident bir qrup şəxsi təltif edib - SİYAHI
Əli Əsədov yeni qərar imzalayıb
Milli Müdafiə Universiteti ilə bağlı daha bir qərar verilib
Pakistanda daha bir terror aktı: ölən və yaralananlar var
AGENTLİK SƏDRİNƏ DAHA 3 MÜAVİN TƏYİN EDİLDİ - Sərəncam + FOTOLAR
Temperatur düşəcək, leysan yağacaq - Xəbərdarlıq
COP29 zolaqlarında yol nişanları sökülür
Cangüdən tələbi rədd olunan partiya sədri: “Əgər mənə sui-qəsd olusa..." - "Ölkədə xaos çıxarmaq üçün məni öldürmək istəyirlər"
Türkiyədə 70 kq qızılla tutulan azərbaycanlı diplomatdır, yoxsa...? - Təzadlı xəbərlər yayılır + FOTOLAR (YENİLƏNİB)
Laçın rayonunda zəlzələ olub (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Çinin həbs etdiyi, Trampın isə "dərhal azadlığına nail olacağam" dediyi media rəhbəri: "Bəli, ABŞ-dan siyasi dəstək almağa çalışırdım..."