İran İsrailə kamikadze PUA-lar və ballistik raketlərlə hücum edib - Netanyahu "böyük zərər vuracağıq" dedi, Tehran ətraf dövlətləri hədələdi - (AÇIQLAMALAR) -Yenilənib

img

14-04-2024 [00:58]


Bu gün az əvvəl İran İsrailə PUA-larla hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin KAN kanalı məlumat yayıb.

Məlumata görə, hücumda 50-100 kamikadze pilotsuz uçan aparatın istifadə edilib.

Əldə edilən məlumata görə, PUA-lar İraqdan havaya qalxıb. İran hava məkanını tamamilə bağlayıb.

ABŞ və İsrail hücumun başladığını təsdiqləyib. 

İsrailin baş naziri Binyamin Netanyahu hücumla bağlı ilk açıqlama verib. O, müdafiə sistemlərini işə saldıqlarını deyib və  İranı hədələyib: "Bizə zərər verənlərə böyük ziyan vuracağıq. Özümüzü hər cür təhdidə qarşı müdafiə edəcəyik. Bunu sakit və qərarlə şəkildə edəcəyik".

İran Müdafiə Nazirliyi də açıqlama verib: "İrana hücum etmək üçün öz hava məkanını və ya ərazisini İsrailə açan hər kəsə cavab verəcəyik".

O da qeyd olunub ki, İran hava məkanı bütün uçuşlara qadağan edilib.

Bu arada o da bildirilib ki, İsrail ordusunun xəbərdarlığındna sonra məktəblər isə iki günlük tətil olunub.

***

İran İnqilab Keşikçiləri Ordusu hücumla bağlı qısa açıqlama yayıb.

Mia.az xəbər verir ki, bəyanatında deyilir: “Sionist rejimin İranın Dəməşqdəki konsulluğuna hücumuna cavab olaraq, İnqilab Keşikçiləri Ordusunun Hərbi Hava Qüvvələri sionistlərin ərazisinə onlarla pilotsuz uçuş aparatı və raket zərbələri endirib..."

***

ABŞ-nin hərbi qüvvələri İranın İsrailə doğru uçan bir neçə dronunu vurub.

Bu barədə ABC məlumat yayıb.

Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar İranın pilotsuz təyyarələrini vurmaq üçün İraq və İordaniya səmasında dövriyyədədir.

Qeyd edək ki, daha əvvəl İrana məxsus onlarla pilotsuz təyyarənin İraqın cənub əyalətləri üzərindən İsrail ərazisinə doğru uçduğu bildirilib. İrandan buraxılan döyüş başlıqlı pilotsuz təyyarələr İordaniya ərazisi üzərində də müşahidə edilib

***

İran İsrailə ballistik raketlər atıb.

Bu barədə İRNA agentliyi mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, zərbələr üçün hədəflər İsrail ərazisinin dərinliklərində yerləşir.

Samir

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR