İsa Qəmbər yenidən başqanlığa namizəd oldu

img

29-04-2024 [16:24]


Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Müsavat Partiyasının başqanlığına yenidən namizədliyini irəli sürüb.

Məlumata görə, İsa Qəmbər bu dəqiqələrdə qurultayla bağlı Təşkilat Komitəsinə ərizə təqdim edib.

Məlumatı Partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı təsdiqləyib(Qaynarinfo).

Qeyd edək ki, Müsavat Partiyasının sədrlik uğrunda mübarizəsinə iki nəfər - Divan üzvü Osman Kazımov və partiya üzvü Natiq Ulubey namizədliyini irəli sürüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA