"Qəssam tuqayları" İsrail hərbçilərini öz silahı ilə vurub - F16-ların bombası partlamayıb?

img

29-04-2024 [10:13]


HƏMAS-a bağlı İzzəddin Əl-Qəssam Tuqayları dünyanın heyrətə asalan bəyanat yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qruplaşma daha bir qrup İsrail hərbçisini pusquya salaraq ağır zərbə vurduqlarını elan edib.

Bəyanatda diqqətçəkən məqam isə İsrail hərbçilərini elə öz silahları ilə vurulmasının xüsusi qabardılmasıdır.

Qruplaşma sözçüsü Əbu Ubeyde bildirib ki, İsrailin Qəzzaya atdığı F-16-lardan atlan bəzi partlamayan raket başlıqları var: "Həmin partlamayan F-16 raketlərindən istifadə edərək bir qrup İsrail hərbçilərini pusquya salaraq ağır cavab zərbələri vura bildik..."

İsrail bu xəbərə hələlik rəsmi reaksiya verməyib.

Amma İsrail mediasında yayılan xəbərə görə, "Qəssam tuqayları"nın hücumundan sonra əraziyə yaralıları daşımaq üçün helikopterlər göndərilib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR