Türkiyədə daha bir mafiya çökəldilib - Lideri tutulub (FOTO)

img

29-04-2024 [09:29]


Türkiyədə - İstanbulda “Mahzen-34” kod adlı əməliyyat çərçivəsində daha bir mafiya çökəldilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat paylaşıb.

Nazir bildirib ki, “Mahzen-34” əməliyyatında Sezai Gülmezin başçılıq etdiyi mütəşəkkil cinayətkar dağıdılıb: "Keçirilən əməliyyat zamanı mütəşəkkil cinayətkar dəstənin lideri başda olmaqla, 9 üzvü qandalanıb".

Nazir axtarış zamanı çeteyə məxsus xeyli qanunsuz silah və digər əşya dəlilləri götürüb.

Firudin Səfərli

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA