Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti 3 fəaliyyət istiqaməti olacaq

img

29-04-2024 [17:37]


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti 3 fəaliyyət istiqaməti olacaq.

Mia.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi qurumun nizamnaməsində öz əksini tapıb.

Sənədə əsasən, həmin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- tikinti işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsini təmin etmək;

- əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyini təmin etmək;

- su təsərrüfatı və meliorasiya obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin və bunlarla bağlı digər obyektlərinin inşası, yenidən qurulması və bərpası ilə bağlı satınalmaları təşkil etmək;

Bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA