Baş məşqçidən qəzəbli açıqlama: "Feriştahı gəlsə, görüşə bilməz"

img

29-04-2024 [10:23]


Türkiyə superliqasında "Konyaspor"a 1:0 hesabı ilə qalib gələn "Sivasspor"un baş  məşqçsi Bülent Uyğun oyundan sonra maraqlı açıqlamalar verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, son 4 oyundur qələbə qazanan "EMS Yapı Sivasspor"un baş məşqçisi Bülent Uyğun son qalibiyyətin əhəmiyyətindən söz açıb: "Bu qələbə bizim Avropa yarışlarına qatılmaq arzumuza bir addım da yaxınlaşdırıb. Rey Manajın atdığı qolla 3 xal qazanaraq Avropa yolunda ümidimizi, istəyimizi yenilədi. Bu arzumuzu reallaşdırmaq istəyirik. İnşallah, qalan matçlarımızda da bu inamla davam edəcəyik"

Hücumçu Rey Manajın adının "Qalatasaray"da hallanması ilə bağlı suala Bülent Uyğun sərt cavab verib: "Daxili transferdə müəyyən bir yol tapmağa  çalışırıq. Komandamızın müqaviləsi bitməyən heç bir futbolçusu ilə heç kim, hətta feriştahı (padşahı) gəlsə belə, görüşə bilməz".

Xatırladaq ki, "Sivasspor" bu həftə "Qalatasaray"la oynayacaq.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR