NATO Baş katibi: "Rusiya kəşfiyyatı Avropada gücünü artırmağa çalışır..."

img

06-04-2024 [09:05]


“Avropa ölkələrində Rusiya kəşfiyyat xidmətlərinin fəaliyyət göstərdiyini bilir və görürük”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın "Bild" qəzetinə müsahibəsində deyib.

O, NATO-nun avropalı müttəfiqlərini qorumaq gücündə olduğunu xüsusi vurğulayıb: "NATO Avropanın təhlükəsizliyinin təməl daşıdır və belə də qalacaq. NATO-nun məqsədi hansıssa ölkə ilə döyüşmək deyil. NATO-nun məqsədi müharibənin qarşısını almaqdır. Və biz bunu 75 ildir uğurla həyata keçiririk"

Avropa Birliyinin (Aİ) ayrıca orduya ehtiyacı olub-olmadığı barədə sualı cavablandıran Stoltenberq deyib: "Aİ-nin NATO-su var. Avropalı NATO müttəfiqlərinin də NATO-su var. Aİ-də yaşayan insanların 96 faizi NATO ölkəsində yaşayır. Ona görə də NATO Avropanın və müttəfiqlərinin müdafiəsini təmin edən bir təşkilatdır. NATO Avropanı müdafiə etmək üçün buradadır. Ancaq əlbəttə ki, biz Aİ ölkələrinn müdafiə qabiliyyəti və xərclərinin artırma səylərini də alqışlayırıq".

Stotenberq daha sonra "Sizcə, Rusiyanın kəşfiyyat fəaliyyəti son illərdə Avropada daha aktivləşibmi?" sualını cavablandırıb: "Biz görürük ki, Rusiya kəşfiyyatı uzun illərdir ki, Avropa ölkələrində fəaliyyət göstərir. Biz də görür, bilirik ki, onlar fəaliyyətlərini bu gün də artırmağa çalışır. Təbii ki, NATO müttəfiqləri bunu çox diqqətlə izləyir. Əlavə olaraq, biz də bəzi tədbirlər görmüşük, görməkdəyik".

NATO baş katibi rusiyalı personalı NATO qərargahından qovmalaırnı da kəşfiyyatla əlaqələndirib. 

Stoltenberq daha sonra Türkiyənin NATO-dakı rolunu qabardıb: "Aİ üzvü olmayan bir müttəfiqdir. NATO üzvüdür, lakin Aİ üzvü deyil. Cənub cinahı, Qara dəniz, İraq və Suriya sərhədi üçün mühüm mövqeyə sahibdir...".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR