Bayden Misir prezidenti və Qətər əmirindən HƏMAS-a təzyiq etmələrini istədi: "Əgər İsrailin təklifi qəbul ediləsə..."

img

30-04-2024 [09:57]


ABŞ prezidenti Co Bayden Misir və Qətər liderləri ilə telefonda danışıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ağ Ev açıqlama yayıb.

Bildirilib ki,  Bayden Misir prezidenti Əbdülfəttah Es-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə ayrı-ayrılıqda telefonla danışıb: "Hər iki görüşdə Bayden hazırda müzakirə olunan və Misir və Qətərin vasitəçilik elədiyi atəşkəs danışıqları ilə bağlı prosesi hərtərəfli müzakirə edib və Sisi və Şeyx Təmimə bu istiqamətdə göstərdikləri səylərə görə təşəkkür edib".

HƏMAS-ın İsrailin təklif etdiyi atəşkəs təklifini qəbul etdiyi halda, Qəzzada dərhal atəşkəs əldə ediləcəyini, bölgəyə sürətli humanitar yardımların daxil olacağını qeyd edən Bayden Misir və Qətər liderlərindən qruplaşmaya təzyiq etmələrini xahiş edib: "Sizlərdən atəşkəs razılaşması ilə bağlı HƏMAS-a təsir etmənizi gözləyirəm..."

Tahir Şəlvəli 

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR