Zelenski NATO Baş katibi ilə bir arada: "Rusiya yeni hücuma hazırlaşır" - Ukrayna Alyansa üzv olmaq istəyir

img

29-04-2024 [21:06]


"Rusiya ordusu yenidən genişmiqyaslı hücum əməliyyatlarına hazırlaşır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra mətbuat konfransında deyib.

O, bu hücumun qarşısını almaq üçün başda ABŞ olmaqla, mütəffiq ölkələrdən silah-sursat yardımı gözlədiklərini söyləyib: "Rusiya ordusu bizim silah-sursat azlığımızdan günü-gündən faydalanır. Ona görə də bizə sürətli yardım lazımdır ki, cəbhə xəttində ən azı möhkəm müdafiə xətti yaradaq. Bunun üçün Ukraynaya təcili olaraq 155 kalibrli artilleriya, uzaqmənzilli silahlar və hava hücumundan müdafiə sistemləri, xüsusilə Patriot sistemləri vacibdir. Bunlar bizim tərəfdaşlarımızda var. Tərəfdaşlarımız bizə Rusiyanın qarşısını almağa dəstək verməlidir. Biz Rusiyanın hücumlarının qarşısını almalıyıq”. 

İyulda Vaşinqtonda keçiriləcək NATO sammitindən danışan Zelenski bildirib ki, bu sammit ittifaq üçün dönüş ola bilər: "Bu sammitdə Ukraynanın NATO-ya üzv olmaq məsələsi gündəmdə olmalıdır".

Stoltenberqlə Ukraynanın müdafiəsi üçün 5 il ərzində 100 milyard avro maliyyə dəstəyi verəcək xüsusi fond yaradılması təşəbbüsünü müzakirə etdiklərini də qeyd edən Zelenskinin sözlərinə görə, NATO ölkələri bu təşəbbüsü həyata keçirəcək gücə malikdir.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 16.05.2024

Sabah yağış yağacaq