Dövlət Komitəsinin məsul şəxsinin oğlu qandallandı - Sensasion əməlinə görə (Yenilənib)

img

01-05-2024 [12:26]


Tovuz rayonunda tanışı Türkanə Məmmədovanın üzərinə benzin töküb yandırmaqda şübhəli bilinən Röyal Tağıyev həbs edilib.

Mia.az Tovuz Rayon Prokurorluğuna istinadla xəbər verir ki, aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2002-ci il təvəllüdlü Röyal Tağıyevin aprelin 18-də aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə benzin töküb yandırmaqla ona yanıq xəsarətləri yetirməsinə və sonuncunun həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Röyal Tağıyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.

***

Tovuz rayonunda üzərinə benzin tökülərək yandırılan qadın ölüb.

Məlumata görə, 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Türkanə Məmmədova dünən Bakı şəhərində yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib(Unikal).

Xatırladaq ki, faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, Röyal Tağıyev polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, şübhəli şəxs qismində saxlanılan Röyal Tağıyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin oğludur.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR