"Monkey B" virusu yayılır

img

04-04-2024 [16:43]


Honq Konq ilk dəfə vəhşi meymunun hücumuna məruz qalan şəxsdə "Monkey B" (bəzi mənbələrdə "Meymun B" virusu da deyilir - Mia.az) virusu aşkarlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Sağlamlıq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 37 yaşlı şəxs yüksək qızdırma və huşunu itirmə şikayətləri ilə Tsuen Van şəhərində xəstəxanaya yerləşdirilib: "Müayinə zamanı aydın olub ki, o, bir ay əvvəl Kam Şan Milli Parkında vəhşi meymunun hücumuna məruz qalıb. Bundan sonra onun beyin-onurğa sütununda problemlər böyüməyə başlayıb. Analizlər nətiucəsində onda "Monkey B" virusu aşkarlanıb. Hazırda sözügedən şəxsin vəziyyəti ağırdır".

Məlumata görə, Honq-Konqda tez-tez rast gəlinən meymunlarının dişləməsi və cızılması yolu ilə insanlara keçən bu virus ilk əvvəl qripə bənzər əlamətlərlə özünü göstərir: "Daha sonra isə  ölümcül mərkəzi sinir sistemi infeksiyasına keçir. İnsandan insana keçmə riski nadir hallarda olsa da, var".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR