Əli Əsədov Konqo pezidenti ilə görüşüb - FOTO

img

04-04-2024 [16:06]


"Azərbaycan Afrika dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verir".

Mia.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov aprelin 4-də Azərbaycanda rəsmi səfərdə olan Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə görüşdə deyib.

Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə əməkdaşlıq etdiyi vurğulanıb.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə COVID-19 pandemiyası ilə bağlı çağırışlara vaxtında və adekvat cavab verilməsi, Qoşulmama Hərəkatının təsisatlanması, həmçinin bir çox digər istiqamətlərdə səy göstərdiyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan ilə Konqo arasında iqtisadi-ticari, neft sənayesi, ətraf mühit, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində imzalanmış ikitərəfli sənədlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR