Sovet dövründən qalan anklav və “qeyri-anklav” kəndlər... - Elbəyi Həsənli yazır
04-04-2024 [14:09]
***
Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) Ermənistan tərəfindən Azərbaycana qaytarılması xeyli müddətdir ki, müzakirə olunur.
Bu məsələ təkcə Azərbaycanda və Ermənistanda deyil, Cənubi Qafqazda marağı olan ölkələrin siyasi gündəmində də yer alıb. Aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ-ın Dövlət katibi Antoni Blinkenin birgə görüşündə də bu məsələnin müzakirə olunacağı gözlənilir. O da ehtimal edilir ki, Nikol Paşinyan həmin görüşdən sonra sözügedən 4 kəndi Azərbaycana təhvil verəcək...
Bu məsələnin Ermənistanda da qızğın mübahisələrə səbəb olması təbiidir. Erməni mətbuatı bu məsələni dönə-dönə təftiş edir. “EVN Report” həftəlik erməni jurnalıdır. Daha çox analitik yazıları ilə tanınır. Bu jurnal da bu müzakirələrdə fəallıq göstərir. Jurnalda gedən “The Four Villages: What We Know” (Dörd kənd: Bu barədə biz nə bilirik) adlı məqaləni Hovhannes Nazaretyan qələmə alıb. Həmin məqalədəki bəzi önəmli məqamlara diqqət çəkəcəyik...
Müəllif yazır ki, sovet dövründən qalan anklav və “qeyri-anklav” kəndlər məsələsi bu ilin əvvəlində Ermənistan-Azərbaycan danışıqlarında gündəmə gəlib. Azərbaycan bu yaxınlarda Ermənistandan Tavuş vilayətinin dörd “qeyri-anklav” kəndlərinin qaytarılmasını tələb edib. Bu kəndlərin nə olduğu və potensial geri çəkilmənin Ermənistan üçün hansı anlama gəlməsi ilə bağlı çoxsaylı suallar var.
2023-cü il oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurasının prezidenti Şarl Mişel ilə telefon danışığında “Azərbaycanın səkkiz kəndi hələ də Ermənistanın işğalı altındadır” dedi və bu kəndlərin azad edilməsinin vacibliyini vurğuladı. 2024-cü ilin yanvar ayında verdiyi müsahibədə o, “anklav və qeyri-anklav kəndləri” arasında fərq qoydu. İlham Əliyevin dediyinə görə, qeyri-anklav dörd kənd heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır. Anklav kəndlər məsələsi isə “ayrıca ekspert qrupu” tərəfindən müzakirə oluna bilər.
2024-cü il martın 9-da Azərbaycan hökuməti Baş nazirin müavini Şahin Mustafayevin adından bəyanat yayaraq “Ermənistan tərəfindən işğal edilmiş dörd qeyri-anklav Azərbaycan kəndinin” “dərhal azad edilməsini” tələb etdi. Bu, Mustafayev və onun erməni həmkarı Mher Qriqoryanın sədrliyi ilə delimitasiya üzrə Ermənistan-Azərbaycan komissiyasının martın 7-də keçirilən iclasından cəmi iki gün sonra baş verdi.
2022-ci ilin oktyabrında aparılmış sülh danışıqları çərçivəsində Ermənistan və Azərbaycan liderləri 1991-ci il Alma-Ata Bəyannaməsi vasitəsilə bir-birlərinin ərazi bütövlüyünü tanımaq barədə razılığa gəldilər. Praktikada bu, sovet dövründən qalmış inzibati sərhədlərin tanınması və onun əsasında delimitasiya aparılması öhdəliyi deməkdir. Paşinyan və Prezident İlham Əliyev 2023-cü ilin mayında Brüsseldə görüşərkən bu bəyannaməyə və Ermənistanın (29,800 km²) və Azərbaycanın (86,600 km²) ərazi bütövlüyünə sadiqliklərini təsdiqlədilər.
Azərbaycanın sərhədin delimitasiyası və demarkasiyası üçün konkret olaraq xəritə məsələsində razılaşmadan imtina etməsi prosesi çətinləşdirir. 2023-cü ilin oktyabrında Avropa İttifaqı, Fransa və Almaniya liderləri Paşinyanla görüşəndə “tərəflərə verilən SSRİ Baş Qərargahının ən son xəritələrindən” istifadə etmək ideyasını dəstəkləyiblər. Paşinyan növbəti ay dedi ki, Ermənistan və Azərbaycan Sovet Baş Qərargahının 1974-cü ildən 1990-cı ilə qədər olan xəritələrindən istifadə edilməsinə “müəyyən anlaşma göstərir”. Lakin Prezident İlham Əliyev yanvarda verdiyi müsahibədə 1970-ci illərə aid xəritələrin istifadəsini şübhə altına aldı. Ermənistan ərazilərinin böyük hissəsinə tez-tez təkrarlanan irredentist iddiaları ilə yanaşı, Prezident İlham Əliyev deyirdi ki, Azərbaycan ərazilərinin bir hissəsi hələ 1969-cu ilin mayında Ermənistana “hədiyyə edilib”. Yalnız İlham Əliyevin atası Heydər Əliyevin Sovet Azərbaycanının lideri olduğu dövrdə Ermənistana “torpaq hədiyyələri” dayandırılıb”. Nəticə etibarı ilə İlham Əliyev bildirdi ki, Azərbaycan 1970-ci illərin xəritələrinin istifadəsinə “qəti etiraz edir” və bununla “heç vaxt razılaşa bilməz”.
Ermənistanın ərazi bütövlüyünü açıq şəkildə tanımamasına baxmayaraq, Azərbaycan üstünlüyə malik olaraq israr edir ki, delimitasiya Ermənistanın bu dörd kənddən çıxarılmasından başlamalıdır...
Erməni müəllif birmənalı şəkildə qeyd edir ki, Azərbaycan tərəfi Heydər Əliyevə qədərki xəritələri özü üçün məqbul saymır. Çünki Heydər Əliyevə qədərki dövrdə Azərbaycanının bəzi əraziləri Ermənistana peşkəş edilib. Artıq Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsindən xeyli geri çəkilib. 1974-cü ilin xəritəsi ilə razılaşıb. Ancaq Azərbaycan xəritə məsələsində 1969-cü ilə üstünlük verir. Səbəb də bəllidir. Heydər Əliyevin gəlişindən sonra Ermənistana torpaq “bağışlamaq” adəti aradan qaldırılıb...
Erməni analitik vurğulayır ki, sözügedən dörd “anklav olmayan” kənd Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlidir. Onlar (Sovet) Azərbaycanın tərkibində olublar və 1990-cı illərin əvvəllərində erməni qüvvələrinin nəzarəti altına keçiblər. Müharibə zamanı azərbaycanlılar qaçqın düşdüyündən bu kəndlərdə çoxdan yaşayış olmayıb, kəndin bütün tikililəri xaraba qalıb.
Bu kəndlərdən biri- Qızıl Hacılı Ermənistanın yox, daha çox bufer zonası kimi görünür və qismən Azərbaycanın nəzarəti altındadır. Ermənilər kəndin bir az kənarında səngərlər qazıblar, Azərbaycan istehkamları isə kəndin dağılmış evlərinin ortasında yerləşir. Baş nazir Nikol Paşinyan bu yaxınlarda partiya üzvləri qarşısında çıxışında israr edib ki, Qızıl Hacılı tamamilə Azərbaycanın nəzarətindədir.
Bu kəndlər əsas yolun və yaxınlıqdakı erməni yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədi ilə ələ keçirilib. Onlar strateji baxımdan Ermənistanın Voskepar kəndindən keçən və Azərbaycan ərazisinə düşən İrəvan-İcevan-Tiflis magistralında yerləşir. (Yəni söhbət Ermənistanı Gürcüstandan keçməklə Rusiyaya birləşdirən Yuxarı Lars yoluna nəzarətdən gedir. E.H)
Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında 4 kəndin Ermənistanın tərkibinə daxil olmadığını bildirib: “Azərbaycan mətbuatında adı çəkilən kəndlərin heç biri Ermənistan Respublikası ərazisində heç vaxt olmayıb”. Azərbaycanın tələbindən təxminən on gün sonra, martın 18-də o, yerli əhali ilə görüşmək və onların problemlərini həll etmək üçün sözügedən dörd kəndə ən yaxın olan Voskepar və Kirants adlı erməni kəndlərinə baş çəkdi. Baş nazirin sözünün canı o idi ki, dörd kənd Ermənistanın suveren ərazisinə daxil deyil və Azərbaycana verilməlidir. Paşinyan xəbərdarlıq edib ki, əks təqdirdə Azərbaycan “həftənin sonuna” kimi Ermənistana hücum edəcək.
Paşinyan bu addımın birtərəfli olacağını üstüörtülü şəkildə etiraf edib və qeyd edib ki, Azərbaycan Ermənistanın hazırda işğalda saxladığı təxminən 208 km²-lik ərazidən çıxmaqla Ermənistana cavab verməyəcək. 208 km²-lik ərazinin böyük hissəsi 2021-ci ilin mayından 2022-ci ilin sentyabrına qədər Ermənistana bir sıra müdaxilələr zamanı ələ keçirilib. Ermənistan rəsmiləri dəfələrlə Azərbaycanın 31 erməni bələdiyyəsinin kənd təsərrüfatı torpaqları və strateji yüksəkliklər də daxil olmaqla “həyati vacib ərazilərə” nəzarət etdiyini bildirib. Məsələn, kurort şəhəri Cermuk yaxınlığında Azərbaycan qüvvələri 2022-ci ilin sentyabrında Ermənistanın içərilərinə doğru 7,5 km irəlilədiyi halda, 1990-cı illərin əvvəllərindən Tavuşun Berkaber kəndində 800 hektar əkin sahəsini işğal edib.
Paşinyanın bölgəyə səfərindən bir həftə sonra Azərbaycan hökumətinə bağlı məşhur “Kalibr” nəşri dörd kəndin “mümkün qədər tez” qaytarılmaması halında Ermənistanı işğalla hədələyib. Buna cavab olaraq Avropa İttifaqının region üzrə nümayəndəsi Toivo Klaarın “Azərbaycan media kanallarında Ermənistana qarşı təhdidlərin qəbuledilməz olduğunu” və “sərhədin delimitasiyası üzrə həqiqi danışıqlara ehtiyac yarandığını” bildirib. Martın 30-da partiya üzvləri qarşısında çıxışı zamanı Paşinyan bir daha bildirib ki, Azərbaycan “regionda yeni, genişmiqyaslı müharibəyə başlamaq üçün bəhanələr tapmağa çalışır”.
Erməni qüvvələrinin sovet dövrü sərhədinə çıxarılması faktiki təmas xəttini Voskepar və Kirants erməni kəndlərinə xeyli yaxınlaşdıracaq. Ən son rəsmi hesablamalara görə, onların əhalisi müvafiq olaraq 721 və 328 nəfərdir. Təsirə məruz qalan Berkaber və Baghanis kəndlərində isə müvafiq olaraq 374 və 840 sakin yaşayır. Dörd kəndi Azərbaycana verildiyi təqdirdə həmin erməni kəndləri Azərbaycan qoşunlarına çox yaxın məsafədə yerləşəcək.
Ən çox narahat edən İcevan-Noyemberyan avtomobil yolunun potensial şəkildə təhlükə altına sala bilər ki, bu da alternativ olmadıqda Ermənistanın şimal-şərqində yerli əlaqəni əhəmiyyətli dərəcədə poza bilər. Magistral həm də İrəvan və Tiflisi birləşdirən əsas marşrutun bir hissəsini təşkil edir. O, Voskepardan keçir və bəzi hissələrdə de-yure Azərbaycan ərazisinə daxil olur, bu məqamları həm Paşinyan, həm də parlamentin spikeri Alen Simonyan da təsdiqləyib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti öz səyahət tövsiyəsində bu ərazini xüsusi qeyd etmədən bildirir ki, səyahət edənlər “Ermənistanın Azərbaycanla sərhədinə yaxın yollarda” ehtiyatlı olmalıdırlar, çünki onlar “beynəlxalq sərhədləri xəbərdarlıq etmədən keçə bilərlər”. “Google Maps” Tiflisə gedən əsas yol kimi İrəvan-Vanadzor-Alaverdi marşrutunu tövsiyə edir, hətta seçim kimi İrəvan-İcevan-Noyemberyan marşrutunu belə təklif etmir. Lakin sonuncu marşrut hazırda İrəvan və Tiflis arasında daha çox istifadə olunur. İrəvan-Vanadzor-Alaverdi-Tiflis magistral yolu potensial təhlükə altında olan İrəvan-İcevan-Noyemberyan-Tiflis magistralından (285 km) əslində, bir qədər qısadır (276 km), lakin illərdir ki, geniş təmir işləri aparıldığı üçün birinci yoldan yan keçirlər.
Digər əsas infrastrukturun, Rusiyadan Ermənistana qaz gətirən kəmərin çəkilməsi halında təhlükə altına düşə biləcəyi ilə bağlı narahatlıq var. Ermənistanın təbii qazpaylayıcı şəbəkəsinin yeganə operatoru olan “Qazprom Ermənistan”ın saytında mövcud olan xəritəyə əsasən, magistral qaz kəməri bu ümumi ərazidən keçir, lakin onun dəqiq marşrutu hələ də bəlli deyil. Parlamentin spikeri Simonyan son müsahibəsində bildirib ki, kəmər Azərbaycan ərazisinə düşmür.
Bu potensial təhlükələri aradan qaldırmaq üçün tədqiqatçı və analitik Tatul Hakobyan Ermənistan hökumətini İncevan-Noyemberyan magistral yolunu və qaz kəmərini Ermənistan ərazisinin dərinliyinə köçürməyə və Kirants-Açarkut ərazisində (yeni) körpü tikməyə çağırıb. Paşinyan martın 12-də verdiyi müsahibədə deyib ki, Ermənistan bütün növ infrastrukturun Ermənistan ərazisindən keçməsi üçün “qısa müddətdə” tədbirlər görməlidir və bu məqsədlə artıq göstərişlər verib.
Voskepar və Kirants məsələsində kəndlərə aparan yolların sərhədi keçdiyi və beləliklə, Ermənistanın geri çəkilməsi halında Azərbaycanın effektiv nəzarəti altına düşdüyü üçün, qismən təcrid olunmaq təhlükəsi var. Bu geri çəkilmə yeni və ya alternativ yolların tikintisindən əvvəl baş verərsə məhz belə də olacaq. İcevanın rayon mərkəzindən həmin kəndə aparan yolun sərhəddən çox yaxın keçməsi onu potensial təhlükəli vəziyyətə salacaq. Perspektiv geri çəkilmə başqa bir kəndə-Açarkut (171 nəfər) kəndinə də birbaşa təsir göstərə bilər.
Müəllif məqalənin sonunda yazır ki, son üç il ərzində Rusiya bu ərazidə mövcudluğunu qoruyub. 2021-ci ilin avqustunda Voskeparda kiçik bir bina üzərində Rusiya bayrağı dalğalanır. Ruslar sərhədi qorumaq məqsədi ilə həmin ərazidə yerləşdirilib.
Hovhannes Nazaretyan onu da bildirir ki, sərhədin delimitasiyası və demarkasiyasının necə cərəyan edəcəyini bəlli deyil. Bəlli olan odur ki, Azərbaycan hərbi üstünlüyünü qoruduqca birtərəfli tələblər irəli sürməyə davam edəcək.
MİA.AZ
"Bu gün həmin formula riyazi anlayışdan siyasi və tarixi reallığa çevrilib" - Hikmət Hacıyev
Ramız Mehdiyevin kürəkəni: "Mənim mağazam, iaşə obyektim yoxdur, müəssisəm var” - VİDEO
CNN: "Lavrovla Rubionun görüşü alınmadı, Tramp və Putinin Budapeşt sammiti təxirə salına bilər"
CHP-nin parlamentdəki deputat fraksiyasının sözçüsünə cinayət işi açıldı - Ərdoğana görə
Türkiyənin 50 şəhərində eyni anda əməliyyat: 286 nəfərə tutulub
Bu gecə Çempionlar Liqasının üçüncü tur oyunlarına start verilir
Rəşid Mahmudov: “Pensiya yaşını 59-dan yuxarı etmək düzgün deyil”
AZAL-da yarıtmaz idarəçilik, yoxsa... - Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)
Yaponiya tarixində bir ilk - Qadın baş nazir seçildi
""Yutub"dan qazancım məni qane edir" - Şəbnəm Tovuzlu
Trampın kürəkəni və nümayəndəsi İsrail rəsmiləri görüşüb - Qəzza Planın ikinci mərhələsi müzakirə olunur
Tramp Pekini yenə hədələdi: "Əgər Çin bizimlə anlamasa..."
"Bu oyuna bütün gücümüzü qoyacağıq" - Selçuk İnan
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qorxaq, ikiüzlü, yalançı, tamahkar, satqın, vicdansız və..." - "Belə insanlarla hətta eyni ölkədə yaşamaq, təhqir kimidir"
Xələf Xələfov Tehranda - İran rəsmiləri ilə görüş olub + FOTOLAR
Ramiz Mehdiyev və Abbas Abbasovla bağlı illər əvvəl həyəcan təbili çalan diplomat... - "Onlar ən ağır şəkildə cəzalanmalıdır"
Fərid Qayıbov COP10-un sədri seçilib
Norveç klubundan İstanbula gedən azarkeşlərinə xəbərdarlıq: "Orada "Qalatasaray" fanatları olur, getməyin"
“Kurtlar Vadisi”nin “Baba Memduh”u dünyasını dəyişib
HƏMAS daha bir israillinin cəsədini təhvil verəcək - Bu gecə
UEFA türk hakimə bu oyunu həvalə etdi
Türkiyədə hərbçi polislə atışıb və... - FOTO
Əkrəm İmamoğlunun məhkəməsində əlbəyaxa dava düşüb
Qəzzada atəşkəs yenə pozulub? - Son 24 saatda daha 45 nəfər ölüb
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
Adnan Əhmədzadə bu şirkətdən uzaqlaşdırıldı
BİR MƏKTƏBDƏ ÜÇ ƏMƏKDAŞIN YENİ YAŞI... - FOTOLAR
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xadimədən 1500 manat, qeydiyyatçıdan 500 manat... - Hərbi Sanatoriyanın rəisi buna görə saxlanılıb (YENİLƏNİB)
"Bakcell" bu həftə 1 avtomobil, 7 "iPhone 17" hədiyyə edəcək!
Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq
Nazir müavini vəzifədən azad olunub - Xəyalə Dadaşova yola salındı
Dövlət Su Agentliyi yeni maşınlar alır - 1.5 milyonluq
Ziya Məmmədovun qardaşı: "Məni istintaqa cəlb etməyiblər"
"Beşiktaş"ın start heyətində kimlər olacaq? - SİYAHI
Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda olub - FOTOLAR
Məşhur Luvr muzeyindən oğurluq olub - Napoleonun həyat yoldaşına məxsus daş-qaş aparılıb
Bakıya uçan AZAL təyyarəsi Sankt-Peterburq aeroportuna geri dönüb: "155 sərnişin operativ şəkildə təxliyə olunub" - FOTOLAR (Yenilənib)