CNN: "Lavrovla Rubionun görüşü alınmadı, Tramp və Putinin Budapeşt sammiti təxirə salına bilər"

img

21-10-2025 [09:57]


ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında Macarıstanın paytaxtı Budapeştdə gələn həftə planlanan görüş baş tutmaya bilər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Amerikanın CNN kanalı yayıb.

Kanalın məlumatına görə, iki ölkə liderinin görüşündən əvvəl ABŞ dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında bu həftə gözlənilən görüş olmalı, onlar lderlərinin sammitindəki məsələləri razılaşdırmalı idiılər: "Ancaq nazirlərin bu görüşü təxirə salınıb. Bu isə o deməkdir ki, Trampla Putinin Budapeştə görüşü alınmaya bilər".

Məlumatda deyilir ki, Rubio və Lavrovun görüşünün alınmaması Rusiya-Ukrayna müharibəsi ilə bağlı aradakı fikir ayrılığının daha da dərinləşməsidir: "İşçi Qrupu səviyyəsində təmaslar olub və belə anlaşılıb ki, Lavrovla Rubionun belə tezliklə bir araya gəlməsi əhəmiyyətsiz olacaq".

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA