Qəzzada atəşkəs yenə pozulub? - Son 24 saatda daha 45 nəfər ölüb

Qəzzada atəşkəs yenə pozulub? - Son  24 saatda daha 45 nəfər ölüb

DÜNYA

20.10.2025, 18:15

İsrail ordusunun atəşkəsə baxmayaraq, Qəzzanın bəzi bölgələrində hücumu davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, son 24 saatda həyata keçirilən hücumda daha 45 nəfər həyatını itirib, 158 nəfər isə yaralanıb.

Bununla da 2023-cü il oktyabrın 8-dən bəri Qəzzada ölənlərin sayı 68 min 216, yaralıların sayı isə 170 min 361-ə yüksəlib.

Tahir Şəlvəli
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR