"Bu gün həmin formula riyazi anlayışdan siyasi və tarixi reallığa çevrilib" - Hikmət Hacıyev

img

21-10-2025 [10:58]


"Bu gün həmin formula sadəcə riyazi anlayışdan siyasi və tarixi reallığa çevrilib".

Mia.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev sosial media hesabında yazıb.

Onun sözlərinə gərə,  son aylarda Prezident İlham Əliyev Mərkəzi Asiya regionuna üç səfər edib: "Türkmənistana, Tacikistana və Qazaxıstana. Bu gün isə Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri həyata keçirir. Azərbaycan–Mərkəzi Asiya münasibətləri, adətən, "5+1" formulu ilə təsvir olunurdu. Bu, beş Mərkəzi Asiya dövlətini və ayrıca tərəfdaş kimi Azərbaycanı simvolizə edirdi. Lakin bu gün həmin formula sadəcə riyazi anlayışdan siyasi və tarixi reallığa çevrilib, hətta kimyəvi birliyə çevrilərək vahid "6" formatını alıb. Bu da inteqrasiyanın dərinləşməsini, ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil qohumluğu üzərində formalaşan vahid geosiyasi məkan və ortaq taleyi əks etdirir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA