Fərid Qayıbov COP10-un sədri seçilib

img

20-10-2025 [21:20]


Gənclər və idman naziri Fərid Qayıbov UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyasına (COP10) sədr seçilib.

Mia.az xəbər verir ki, bu gün Paris şəhərində yerləşən UNESCO-nun baş qərargahında İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyası (COP10) fəaliyyətə başlayıb.

Tədbirin ilk hissəsində gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

Sessiya çərçivəsində COP10 sədrliyinə seçkilər keçirilib. Səsvermə nəticəsində gənclər və idman naziri Fərid Qayıbov səs çoxluğu ilə seneqallı həmkarı Xadı Dien Qaya qalib gələrək UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 10-cu Sessiyasının (COP10) sədri seçilib.

Xatırladaq ki, nazir Fərid Qayıbov 2022-ci ildə UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin (CİGEPS) sədri, 2023-cü ildə isə UNESCO-nun İdmanda dopinqə qarşı Beynəlxalq Konvensiyasına Tərəflər Konfransının 9-cu Sessiyasının (COP9) sədr müavini seçilmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA