Rəşid Mahmudov: “Pensiya yaşını 59-dan yuxarı etmək düzgün deyil”

img

21-10-2025 [09:17]


Azərbaycanda orta yaş 59-dur. Pensiya yaşını 59-dan yuxarı etmək düzgün deyil. Sovet dövründə hamısı dəqiq idi, hesablanırdı. İndi yalandan bir rəqəm deyirlər, guya adam çox yaşayır, yetmiş yaşdan yuxarı. Bir-iki adam bu yaşa qədər yaşayır, qalanlar hamısı əlli yaşda vəfat edir, heç pensiya yaşına çatmır. Adam 64 yaşında ölür, pensiya yaşı isə 65-dir. Bu yaşa qədər pensiya fonduna pul ödəyib axı. Bəs bu pulları kim yeyib? Yığılır qalır, kimə qalır? Mənə, ya sənə?”.

Mia.az-ın məlumatına görə, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış həkim Rəşid Mahmudov deyib.

“Yaponiyada kişilərdə orta yaş həddi yüzdən yuxarıdır. Qadınlarda isə 98-dir. Çünki onlar bir-birilərini seviblər, yaşayıblar. Biz isə 60 yaşa çatan kimi arvadımıza deyirik ki, səni mənə ürcah edən belə-belə olsun. Çünki kişi özü arvadı sevməyib alıb, məcbur ediblər ki, get bu qızı al, o da alıb. Ən əsası, yaponlar sağlam yaşayıblar, bizi kimi yox. Onlar 102 yaşda 50 yaşdakı kimi görürlər...” - həkim bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA