Xankəndidə silah-sursat aşkarlanıb

img

04-04-2024 [17:53]


Xankəndidə silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 3 qumbara, 5 alışdırıcı, 44 patron darağı, 10 mərmi, 1690 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə vətəndaşlardan qanunsuz saxlanılan 1 tapança, 2 tüfəng, 3 patron darağı aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR