Mövlud Çavuşoğlu Bakıda: "Bu, Qərbin marağında olmalıdır" (Yenilənib)

img

04-04-2024 [11:52]


"Qərb dövlətləri sülh üçün Ermənistana təzyiq göstərməlidir".

Mia.az xəbər verir ki, bu sözləri Bakıda olan Türkiyənin sabiq XİN başçısı Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bölgədə sülhün və təhlükəsizliyin dayanıqlı olması Qərbin marağında olmalıdır: "Azərbaycan Qərb ölkələrinin enerji təhlükəsizliyi üçün vacib rol oynayır. Bu baxımdan Fransa başda olmaqla digər Avropa dövlətləri Ermənistana sülh üçün təzyiq göstərməlidir. Türk milləti və Türkiyə dövləti olaraq hər zaman Azərbaycanın yanındayıq".

***

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı Nümayəndə Heyətinin rəhbəri Mövlud Çavuşoğlu bu gün Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Mia.az xəbər verir ki, o, Ulu Öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Daha sonra görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, səfər aprelin 5-də başa çatacaq


Digər xəbərlər
SON XƏBƏRLƏR